https://sputnik.az/20210929/fransa-byk-britaniya-il-mnasibtlrini-yenidn-nzrdn-keirck-433663448.html
Fransa Böyük Britaniya ilə münasibətlərini yenidən nəzərdən keçirəcək
Fransa Böyük Britaniya ilə münasibətlərini yenidən nəzərdən keçirəcək
Sputnik Azərbaycan
Bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı... 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T21:41+0400
2021-09-29T21:41+0400
2021-09-29T22:28+0400
siyasət
ingiltərə
fransa
xin
avstraliya
jan-iv le drian
sualtı qayıq
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425681972_0:111:3071:1838_1920x0_80_0_0_4c533477fb84ccf82056028049864152.jpg
BAKI, 29 sentyabr - Sputnik. Paris Londonla münasibətlərini yenidən nəzərdən keçirməlidir. Çünki İngiltərə öz öhdəliklərini pozub. RİA Novosti xəbər verir ki, bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian deyib."Biz münasibətlərimizi yenidən nəzərdən keçirməliyik. London bilməlidir ki, öhdəliklərini, o cümlədən ticarət və əməkdaşlığa dair sazişi pozub", - deyə Le Drian Fransa Senatının xarici işlər komissiyasının iclasında bildirib.Xatırladaq ki, bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.Qiyməti 56 milyard avro olan sövdələşmə "əsrin müqaviləsi" adlandırılırdı. Müqaviləyə əsasən Fransa 12 ədəd "Barracuda" tipli həmlə sualtı qayıqları inşa etməli idi.Fransa XİN rəhbəri Le Drian Avstraliyanın bu hərəkətini "arxadan zərbə"adlandırıb. Etimadın qırıldığını vurğulayan nazir Parisin həm Avstraliya, həm də ABŞ-da izahat gözlədiyini diqqətə çatdırıb.Hadisə iklə əlaqədar olaraq Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425681972_179:0:2910:2048_1920x0_80_0_0_cb9cee72059dc80128d1e4678ba3c0c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ingiltərə, fransa, xin, avstraliya, jan-iv le drian, sualtı qayıq
ingiltərə, fransa, xin, avstraliya, jan-iv le drian, sualtı qayıq
Fransa Böyük Britaniya ilə münasibətlərini yenidən nəzərdən keçirəcək
21:41 29.09.2021 (Yenilənib: 22:28 29.09.2021) Bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.
BAKI, 29 sentyabr - Sputnik. Paris Londonla münasibətlərini yenidən nəzərdən keçirməlidir. Çünki İngiltərə öz öhdəliklərini pozub. RİA Novosti xəbər verir ki, bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian deyib.
"Biz münasibətlərimizi yenidən nəzərdən keçirməliyik. London bilməlidir ki, öhdəliklərini, o cümlədən ticarət və əməkdaşlığa dair sazişi pozub", - deyə Le Drian Fransa Senatının xarici işlər komissiyasının iclasında bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizliyə dair AUKUS müqaviləsini imzalayaraq Fransanın "Naval Group" şirkəti ilə sualtı qayıqlara dair imzalanmış müqavilədən çıxdığını bəyan edib.
Qiyməti 56 milyard avro olan sövdələşmə "əsrin müqaviləsi" adlandırılırdı. Müqaviləyə əsasən Fransa 12 ədəd "Barracuda" tipli həmlə sualtı qayıqları inşa etməli idi.
Fransa XİN rəhbəri Le Drian Avstraliyanın bu hərəkətini "arxadan zərbə"adlandırıb. Etimadın qırıldığını vurğulayan nazir Parisin həm Avstraliya, həm də ABŞ-da izahat gözlədiyini diqqətə çatdırıb.
Hadisə iklə əlaqədar olaraq Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.