Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ermənistanda hərbçilərin həbsi – Müdafiə nazirinin evində axtarışlar aparılıb

© AFP 2024 / ARIS MESSINISErmənistan hərbçisi, arxiv şəkli
Ermənistan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abunə olmaq
Paralel olaraq Ermənistanın sabiq aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisinin müavini Stepan Qalstyanın evində axtarışlar aparılıb.
BAKI, 29 sentyabr — Sputnik. Ermənistan sabiq müdafiə naziri David Tonoyanın evində güc strukturları tərəfindən axtarış aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Qraparak" nəşri yayıb.
Məlumata əsasən hazırda onun evində axtarışlar aparılır, bundan sonra ona qarşı ittiham irəli sürüləcək və o saxlanılacaq.
Paralel olaraq Ermənistanın sabiq aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisinin müavini Stepan Qalstyanın evində axtarışlar aparılır. Sonuncu, həmçinin Ermənistan Təhlükəsizlik Xidmətinə çağırılmışdı.
Nəşrin məlumatlarına görə, "növbədə" sabiq nazir Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah sabiq rəisi Yuriy Xaçaturov da var.
Qəzet yazır ki, istintaq işləri yararsız təyyarə silahlarının alınması ilə bağlı ola bilər. Ermənistan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti məlumatı şərh etmir.
Xəbər lenti
0