CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusu açılıb

© Photo : State Border Service (Azerbaijan)Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abunə olmaq
Beşmərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün istirahət otaqları mövcuddur.
BAKI, 29 sentyabr — Sputnik. Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, mərasimdə Xidmət rəisinin müavini general-leytenant C.Abdullayev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini çatdırıb, bu tədbirin ölkəmizin şanlı qalibiyyətinin, ərazi bütövlüyümüzün bərpa edildiyi 44 günlük Vətən müharibəsinin birinci ildönümünə təsadüf etməsi ilə əlamətdar olmasını vurğulayıb.
© Photo : State Border Service (Azerbaijan)Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib
Milli tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli Zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri, qalibiyyət dastanı yazdıqları qeyd olunub.
Çıxışda Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, bilikli, savadlı, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qabil müasir dünyagörüşlü kadrların yetişdirilməsində, fərdi xüsusiyyətlərini, maraq və potensial imkanlarını nəzərə almaqla hər bir kursantın Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu vurğulanıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq fəaliyyətə başladığı dövrdən qısa müddətdə məktəbin ölkəmizdə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusunun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə növbəti ali qayğısının və diqqətinin təzahürü olduğu vurğulanıb.
© Photo : State Border Service (Azerbaijan)Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni korpusunun açılışı keçirilib
Məktəbdə təhsil alan kursantların tədris, istirahət və təminat məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı, yeni korpusun istifadəyə verilməsinin onların istirahəti, asudə vaxtının daha faydalı keçirilməsi, fiziki, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanlar yaradacağı bildirilib.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev çıxış edərək məktəbin yeni korpusunun istifadəyə verilməsi, eləcə də tədris ilinin başlanması münasibətilə kursantları təbrik edib, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.
Açılış mərasimindən sonra iştirakçılar yeni korpusda yaradılmış şəraitlə tanış olublar.
Beşmərtəbəli binada 600 nəfərlik yataqxana, müasir avadanlıqla təchiz edilmiş idman zalı, inzibati, xidməti və növbətçi otaqlar, şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün istirahət otaqları mövcuddur. Kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanılması üçün videomüşahidə sistemi tətbiq edilib.
Korpusun ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıq salınıb, ağaclar əkilib, sıra meydanı yaradılıb.
Mərasimin iştirakçıları Xüsusi Məktəbin tədris korpusunda da mövcud imkanlarla, o cümlədən sinif otaqları, yeməkxana, idman zalı, futbol meydançası və su hovuzuna baxış keçiriblər.
Sonda Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkdirilib.
Xəbər lenti
0