https://sputnik.az/20210929/bir-gund-ikisi-qardash-olmaqla--shehid-verrn-qesebe-433620928.html
Bi̇r gündə i̇ki̇si̇ qardaş olmaqla, üç şəhi̇d verən qəsəbə
Bi̇r gündə i̇ki̇si̇ qardaş olmaqla, üç şəhi̇d verən qəsəbə
Sputnik Azərbaycan
Qırx dörd günlük müharibədə ermənilərin ilk hücumlarına sinə gərən Tərtər rayonunun ən çox ziyan görən qəsəbələrindən biri Şıxarx idi. Orada bir gündə üç mülki... 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T08:38+0400
2021-09-29T08:38+0400
2021-09-29T08:38+0400
şəhid
tərtər
qardaş
şıxarxı
vətən müharibəsi
anım günü
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1c/433617466_0:0:1920:1080_1920x0_80_0_0_238fbe5a72abf979755f40de4b63086c.jpg
BAKI, 29 sentyabr — Sputnik. Ötən il sentyabrın 28-də Ermənistan silahlı qüvvələrinin atdığı top mərmilərindən bir neçəsi Tərtərin Şıxarx qəsəbəsinə düşdü. Nəticədə ikisi qardaş olmaqla, üç mülki vətəndaş həlak oldu. Şəhid qardaşlar Xaliq və Elşənin atası Asif Abbasov deyir ki, övladları bir neçə dəqiqə fərq ilə həlak olublar: "İki oğlumu itirdim. İkisi də günahsız. Onların yanında bir nəfər də şəhid olmuşdu. O da Ağdərə rayonundan idi. Allah ona da rəhmət eləsin!"Şəhid olan digər şəxsin - Sabit Əsədovun yaxınları onun həmin ərazidə olduğundan xəbərsiz olublar. Qardaşı İskəndər Əsədov deyir ki, telefonla zəng etsə də, cavab ala bilməyib: "Sonra bir də zəng vurdum, başqa adam açdı, dedi, qardaşın yaralanıb. Onun köməyinə çata bilmədim. Mən gələnə qədər qardaşımı ətrafdakılar maşına qoyub, götürmüşdülər Bərdə Mərkəzi rayon Xəstəxanasına". Hadisə şahidlərinin sözlərinə görə, qardaşı öz yoldaşı ilə telefonla danışan zaman yanına top mərmisi düşüb. "O iki qardaş da mənim qardaşımın yanında olub. Mənim qardaşım canını xəstəxanada tapşırıb".Xalidlə Elşən 44 günlük Vətən müharibəsi başlamazdan bir müddət öncə könüllü olaraq səfərbərliyə yazılıblar. Savaşın ilk günlərində şəhid olan vətən oğullarını öz əlləriylə yuyur, birlikdə yaralılara qan verir, hərbçilərimizə ərzaq yardımı edirmişlər. Hadisə günü Şıxarxda xain ermənilərin atəşi nəticəsində bir mülki şəxsin vurulduğunu görüb, ona kömək etməyə qaçıblar. Həmin an atılan mərminin qəlpələri Elşən və Xalidə dəyib. Elşən dərhal, Xalid isə bir neçə dəqiqə sonra şəhid olub."Bir yerdə durub, bir yerdə para-para olub, bir yerdə də ölüblər. Onlar mehriban idilər. Xasiyyətləri də eyni idi. Bir-biri ilə nəfəs alırdılar. Çox istiqanlı və mehriban balalarım vardı. Bütün el tanıyır, hörmət edirdi onlara. Yas mərasiminə gələn hamı balalarımın yaxşılığından söz açırdı. Çox şükür, onların yadigarları qalıb. Hər oğlumun iki balası var. Onlardan alıram övladlarımın iyini..." - anaları Aybəniz Abbasova deyir.Şəhid ailələrinin yeganə təsəllisi torpaqlarımızın işğaldan azad edilməsidir. Asif Abbasov deyir: "Başımızı qaldırıb gəzə bilmirdik el içində ki, torpaqlarımız yağı tapdağındadır. İndi Allaha şükür, bizə də qismət olar, gedərik Şuşaya, Kəlbəcərə. Bu böyük bir təskinlikdir. Sağ olsun prezidentimiz. Söz vermişdi ki, torpaqlarımızı azad edəcək. Dediyi kimi də elədi. Minnətdaram ona. Balalarımın qanı yerdə qalmadı".İskəndər Əsədov deyir ki, müaribə şəhidsiz olmur: "Mən müharibədə qardaşımı qurban verdim. Şəhidlərimizin qanı bahasına torpaqlarımız alındı. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Prezidentimizə də Allah kömək olsun ki, belə ordu yetişdirdi. Otuz illik həsrətə son qoydu. İndi elə bilirəm ki, qardaşımın da ruhu rahatdır".Qeyd edək ki, 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, "Qrad" mərmisi, 21 ədəd qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Ən çox ziyan görən ərazilərdən biri isə elə haqqında bəhs etdiyimiz hadisənin baş verdiyi ünvan, Şıxarx qəsəbəsidir. Vətən müharibəsi dövründə bu qəsəbənin müntəzəm atəşə tutulması nəticəsində qəsəbə ərazisində yerləşən 34 binanın, demək olar ki, hamısı ziyan görmüşdü. Hazırda dövlət başçısının tapşırığına əsasən, binalar təmir olunaraq, bərpa edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1c/433617466_0:0:1440:1080_1920x0_80_0_0_c6bf640a5f2808cd503eac8111f81a40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, tərtər, qardaş, şıxarxı, vətən müharibəsi, anım günü
şəhid, tərtər, qardaş, şıxarxı, vətən müharibəsi, anım günü
Bi̇r gündə i̇ki̇si̇ qardaş olmaqla, üç şəhi̇d verən qəsəbə
Qırx dörd günlük müharibədə ermənilərin ilk hücumlarına sinə gərən Tərtər rayonunun ən çox ziyan görən qəsəbələrindən biri Şıxarx idi. Orada bir gündə üç mülki vətəndaş həlak oldu.
BAKI, 29 sentyabr — Sputnik. Ötən il sentyabrın 28-də Ermənistan silahlı qüvvələrinin atdığı top mərmilərindən bir neçəsi Tərtərin Şıxarx qəsəbəsinə düşdü. Nəticədə ikisi qardaş olmaqla, üç mülki vətəndaş həlak oldu. Şəhid qardaşlar Xaliq və Elşənin atası Asif Abbasov deyir ki, övladları bir neçə dəqiqə fərq ilə həlak olublar: "İki oğlumu itirdim. İkisi də günahsız. Onların yanında bir nəfər də şəhid olmuşdu. O da Ağdərə rayonundan idi. Allah ona da rəhmət eləsin!"
Şəhid olan digər şəxsin - Sabit Əsədovun yaxınları onun həmin ərazidə olduğundan xəbərsiz olublar. Qardaşı İskəndər Əsədov deyir ki, telefonla zəng etsə də, cavab ala bilməyib: "Sonra bir də zəng vurdum, başqa adam açdı, dedi, qardaşın yaralanıb. Onun köməyinə çata bilmədim. Mən gələnə qədər qardaşımı ətrafdakılar maşına qoyub, götürmüşdülər Bərdə Mərkəzi rayon Xəstəxanasına".
Hadisə şahidlərinin sözlərinə görə, qardaşı öz yoldaşı ilə telefonla danışan zaman yanına top mərmisi düşüb. "O iki qardaş da mənim qardaşımın yanında olub. Mənim qardaşım canını xəstəxanada tapşırıb".
Xalidlə Elşən 44 günlük Vətən müharibəsi başlamazdan bir müddət öncə könüllü olaraq səfərbərliyə yazılıblar. Savaşın ilk günlərində şəhid olan vətən oğullarını öz əlləriylə yuyur, birlikdə yaralılara qan verir, hərbçilərimizə ərzaq yardımı edirmişlər. Hadisə günü Şıxarxda xain ermənilərin atəşi nəticəsində bir mülki şəxsin vurulduğunu görüb, ona kömək etməyə qaçıblar. Həmin an atılan mərminin qəlpələri Elşən və Xalidə dəyib. Elşən dərhal, Xalid isə bir neçə dəqiqə sonra şəhid olub.
"Bir yerdə durub, bir yerdə para-para olub, bir yerdə də ölüblər. Onlar mehriban idilər. Xasiyyətləri də eyni idi. Bir-biri ilə nəfəs alırdılar. Çox istiqanlı və mehriban balalarım vardı. Bütün el tanıyır, hörmət edirdi onlara. Yas mərasiminə gələn hamı balalarımın yaxşılığından söz açırdı. Çox şükür, onların yadigarları qalıb. Hər oğlumun iki balası var. Onlardan alıram övladlarımın iyini..." - anaları Aybəniz Abbasova deyir.
Şəhid ailələrinin yeganə təsəllisi torpaqlarımızın işğaldan azad edilməsidir. Asif Abbasov deyir: "Başımızı qaldırıb gəzə bilmirdik el içində ki, torpaqlarımız yağı tapdağındadır. İndi Allaha şükür, bizə də qismət olar, gedərik Şuşaya, Kəlbəcərə. Bu böyük bir təskinlikdir. Sağ olsun prezidentimiz. Söz vermişdi ki, torpaqlarımızı azad edəcək. Dediyi kimi də elədi. Minnətdaram ona. Balalarımın qanı yerdə qalmadı".
İskəndər Əsədov deyir ki, müaribə şəhidsiz olmur: "Mən müharibədə qardaşımı qurban verdim. Şəhidlərimizin qanı bahasına torpaqlarımız alındı. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı versin! Prezidentimizə də Allah kömək olsun ki, belə ordu yetişdirdi. Otuz illik həsrətə son qoydu. İndi elə bilirəm ki, qardaşımın da ruhu rahatdır".
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, "Qrad" mərmisi, 21 ədəd qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Ən çox ziyan görən ərazilərdən biri isə elə haqqında bəhs etdiyimiz hadisənin baş verdiyi ünvan, Şıxarx qəsəbəsidir. Vətən müharibəsi dövründə bu qəsəbənin müntəzəm atəşə tutulması nəticəsində qəsəbə ərazisində yerləşən 34 binanın, demək olar ki, hamısı ziyan görmüşdü. Hazırda dövlət başçısının tapşırığına əsasən, binalar təmir olunaraq, bərpa edilib.