Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Gürcüstan arasında sənəd imzalanıb

© Sputnik / Александр ИмедашвилиAzərbaycan və Gürcüstan bayraqları, arxiv şəkli
Azərbaycan və Gürcüstan bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 29.09.2021
SİYASƏT
Əməkdaşlıqda yeni dövr başlayır: İlham Əliyev İrakli Qaribaşvilini qəbul etdi
Nazir bildirib ki, tədbir çərçivəsində, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb:
"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq".
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала