https://sputnik.az/20210929/azrbaycan-kinematoqraflar-nfuzlu-festivalda-itirak-edirlr-433646409.html
Azərbaycan kinematoqrafçıları nüfuzlu festivalda iştirak edirlər
Azərbaycan kinematoqrafçıları nüfuzlu festivalda iştirak edirlər
Sputnik Azərbaycan
Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və... 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T21:10+0400
2021-09-29T21:10+0400
2021-09-29T21:10+0400
kino
mədəniyyət
film
festival
daşkənd
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_0:320:3073:2048_1920x0_80_0_0_07a0c125cea9917d4e6023c1e3fd3da7.jpg
BAKI, 29 sentyabr — Sputnik. Daşkənddə "İpək yolu dürdanəsi" adlı beynəlxalq kinofestivalın təntənəli açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, festivalın açılış mərasimində dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, eləcə də Özbəkistanın dövlət strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.Bu gündən etibarən festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir.Sözügedən festivalda tammetrajlı bədii filmlər proqramına rejissorlar İsmayıl Səfərlinin "Balıqçı qızı", Rüfət Həsənovun "Daxildəki ada", Əli Səttar Quliyev "Olimpiya" Ksenia Laqutinaya "Fəridə" filmi daxildir. Orman Əliyevin şanlı zəfərimizə həsr olunmuş "Biz" filmi və Fariz Əhmədovun "Sonuncu" filmləri sənədli filmlər proqramına daxildir. "5 günlük kino" proqramına isə Murad Hüseynovun "Vəhşi durnaların vaxtı", Murad Hüseynov və Səddam Mehdiyevin "İki yol" filmləri daxildir.Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları - Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_27:0:2758:2048_1920x0_80_0_0_68f79b2c122c88d011adea1d08843917.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kino, film, festival, daşkənd
kino, film, festival, daşkənd
Azərbaycan kinematoqrafçıları nüfuzlu festivalda iştirak edirlər
Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edirlər.
BAKI, 29 sentyabr — Sputnik. Daşkənddə
"İpək yolu dürdanəsi" adlı beynəlxalq kinofestivalın təntənəli açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, festivalın açılış mərasimində dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, eləcə də Özbəkistanın dövlət strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.
Bu gündən etibarən festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.
Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir.
Sözügedən festivalda tammetrajlı bədii filmlər proqramına rejissorlar İsmayıl Səfərlinin "Balıqçı qızı", Rüfət Həsənovun "Daxildəki ada", Əli Səttar Quliyev "Olimpiya" Ksenia Laqutinaya "Fəridə" filmi daxildir. Orman Əliyevin şanlı zəfərimizə həsr olunmuş "Biz" filmi və Fariz Əhmədovun "Sonuncu" filmləri sənədli filmlər proqramına daxildir. "5 günlük kino" proqramına isə Murad Hüseynovun "Vəhşi durnaların vaxtı", Murad Hüseynov və Səddam Mehdiyevin "İki yol" filmləri daxildir.
Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları - Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edirlər.