Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirdən tələbələrlə bağlı paylaşım

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abunə olmaq
BAKI, 29 sentyabr — Sputnik. Bu gün ilk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir təhsilalanları təbrik edərək tədris prosesinin davamlı olmasını arzulayıb: "Bu gün bütün təhsil müəssisələrində tədris əyani bərpa olundu.
Sentyabrın 29-da universitetlərdə, orta ixtisas təhsili müəssisələrində (kollec), eləcə də orta məktəblərin yuxarı siniflərində (V-XI) yeni dərs ili başlayıb. İlk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub. Proqnoz göstəricilərinə əsasən, orta məktəblərin V-XI siniflərində 968 230 şagird oxuyacaq".
Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagird təhsil alacaq. Təhsil müəssisələrində 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sanitar-epidemioloji vəziyyətə uyğun həyata keçirilir.
Xəbər lenti
0