Taliblər köhnə konstitusiyadan istifadə edəcəklər

© AFP 2024 / WAKIL KOHSARKabildə "Taliban" (Rusiyada qadağan olunmuş terror təşkilatı) hərəkatının üzvləri, arxiv şəkli
Kabildə Taliban (Rusiyada qadağan olunmuş terror təşkilatı) hərəkatının üzvləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Bir müddət əvvəl deyilmişdi ki, Taliban* hərəkatı gələn il yeni konstitusiyanın hazırlanması üçün komissiya qurmağı planlaşdırır.
BAKI, 28 sentyabr — Sputnik. Əfqanıstanda şəriətə zidd olan müddəalar istisna olmaqla, ölkənin sonuncu kralı Zahir Şahın dövrünün konstitusiyası tətbiq ediləcək. Bu barədə Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini icra edən Abdul Hakim Şəriə bildirib.
Bu yaxınlarda Əfqanıstan müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid RİA Novosti-yə verdiyi müsahibədə ölkədə hakimiyyəti ələ alan Taliban* hərəkatının gələn il yeni konstitusiyasının hazırlanması üçün komissiya qurmağı planlaşdırdığını bildirib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Xəbər lenti
0