Şuşada axşamlar yanar işıqlar - "Azərişıq" əhali abunəçilərinin sayını açıqlayıb

© Sputnik / Gulzar MustafaevaŞuşada yaşayış binası
Şuşada yaşayış binası - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Qurum rəsmisinin məlumatına görə, bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlanılıb.
BAKI, 28 sentyabr — Sputnik. "Azərişıq" ASC-i Şuşadakı əhali abunəçilərinin sayını açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hazırda "Azərişıq" ASC-nin Şuşada 100-dən çox əhali abunəçisi var. "ASAN Xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bildirib ki, Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində əhali qrupuna aid abunəçi kodlarını aktivləşdirib.
Qurum rəsmisinin məlumatına görə, bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlanılıb. Bu qrup abunəçi kodları da 15 simvoldan ibarətdir.
Xəbər lenti
0