DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsraildə Anım Gününə həsr olunmuş aksiya təşkil edilib

© REUTERS / CORINNA KERNİsrailin müstəqilliyinin 73-cü ildönümü
İsrailin müstəqilliyinin 73-cü ildönümü - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb.
BAKI, 28 sentyabr — Sputnik. "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Kiryat-Yam şəhərində 27 sentyabr - Anım Gününə həsr olunmuş musiqili aksiya keçirilib.
Sputnik Azərbaycan AzIzNews-a istinadən xəbər verir ki, Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalandırıldığı meydan guşəsində "Azİz"in fəal üzvü Salman Rabayev kamançada ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunan musiqi əsərlərini ifa edib. Musiqiçi şəhidlərimizin fədakarlıqlarının heç bir zaman unudulmayacağını bildirib, qazilərimizə sağlamlıqlarına qovuşmağı arzulayıb.
Məlumat üçün bildirək ki, musiqiçi uzun illərdir ki, İsraildə yaşayır. 1990-cı ildən oraya köçən musiqiçi Azərbaycan sənətini orada tanıdır.
Xəbər lenti
0