NATO-nun gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

© Besik PipiyaGeorgia
Georgia - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Hazırkı səfər Gürcüstanın NATO-ya üzvlük kursunun dəstəklənməsini təsdiq edir, ölkənin alyansla əməkdaşlığı Qara dənizdə təhlükəsizliyi gücləndirir və regional sabitliyi təşviq edir.
BAKI, 28 sentyabr — Sputnik. NATO-ya məxsus 5 hərbi gəmi Gürcüstanın ərazi sularına daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi Departamenti (PPD) məlumat yayıb. Bildirilib ki, İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyəyə məxsus 5 hərbi gəmidən ibarət Daimi NATO Minalara Qarşı Tədbirlər Qrupu 2 (SNMCMG2) ispaniyalı kapitan Xavyer Nunez de Pradonun rəhbərliyi ilə Batumi limanına yan alıb.
Məlumatda qeyd olunub ki, bu səfər Gürcüstanın NATO-ya üzvlük kursunun dəstəklənməsini təsdiq edir, Gürcüstanın NATO ilə əməkdaşlığı Qara dənizdə təhlükəsizliyi gücləndirir və regional sabitliyi təşviq edir.
NATO hərbi gəmilərinin səfəri çərçivəsində Qara dənizdə Gürcüstan Sahil Mühafizə Xidməti ilə birgə təlimlər keçiriləcək. Təlimlərin məqsədinin Gürcüstan və NATO Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və Gürcüstanın müdafiə imkanlarını artırmaq olduğu bildirilib.
Xatırladaq ki, hazırkı səfər NATO gəmilərinin bu il Gürcüstana sayca ikinci səfəridir.
Xəbər lenti
0