Lerikin Çayrud kəndində “Əbədi yaddaş” abidə kompleksi inşa olunub

© Sputnik / Rahim MuradovLerik rayonunun girişi, arxiv şəkli
Lerik rayonunun girişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Çayrud mədəniyyət-istirahət parkının tikintisi üçün lazım olan bütün xərclər kənd camaatı, respublikada və xaricdə yaşayan çayrudlular tərəfindən ödənilib. Tikinti işlərinə 100 min manatdan artıq vəsait xərclənib.
BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 27-də Lerik rayonunun ucqar dağ kəndlərindən biri olan Çayrudda "Anım günü" və Çayrud mədəniyyət-istirahət parkinin açılışına həsr olunmuş tədbir keçirilib.
Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. Çayrud kəndinin ziyalısı Akif Dənzizadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, adıçəkilən parkın yaradılması üçün bütün Çayrud kənd sakinləri təşəbbüs göstəriblər.
Azərbaycanda Anım Günü: Vətən müharibəsinin başlamasından bir il ötür - Sputnik Azərbaycan, 1920, 27.09.2021
VİDEO
Azərbaycanda Anım Günü: Vətən müharibəsinin başlamasından bir il ötür
“Çayrud mədəniyyət-istirahət parkının tikintisinə ötən ilin aprel ayında başlanıb. Sentyabrın 27-də Vətən müharibəsi başlasa da, parkda tikinti işləri dayandırılmayıb. Parkda son tamamlanma işləri 27 sentyabr sübh saatlarına kimi görülüb. Çayrud mədəniyyət-istirahət parkının tikintisi üçün lazım olan bütün xərclər kənd camaatı, respublikada və xaricdə yaşayan çayrudlular tərəfindən ödənilib. Tikinti işlərinə 100 min manatdan artıq vəsait xərclənib. Ümumi ərazisi 1,2 hektar olan park kəndin mərkəzində yerləşir və ilk dəfə 1937-ci ildə ərazidə ağaclar əkməklə yaradılıb. Hazırkı ərazidə 1989-cu ildə Böyük Vətən müharibəsində iştirak edən 112 nəfər çayrudlunun xatirəsinə “Əbədi yaddaş” abidəsi ucaldıldıqdan sonra ərazi park şəklinə salınıb və həmin vaxt parkın sahəsi 0,8 hektar olub. Çayrud mədəniyyət-istirahət parkının yenidən bərpa işlərində təkcə çayrudlular deyil, qonşu kəndlərin sakinləri də iştirak ediblər. Qeyd edim ki, tikinti işlərində çalışanların hamısı təmənnasız işləyiblər. Bundan əlavə, ərazidə işləyən texnika sahibləri də gördükləri işə görə ancaq istifadə etdikləri yanacağın pulunu alıblar. Abidə kompleksində 221 nəfər Lerik şəhidinin adı yazılan 4X3 metr ölçüdə mərmər lövhə yaradılıb”, - deyə Akif Dənzizadə bildirib.
Məlumat üçün bildirək ki, Birinci Qarabağ müharibəsində Çayrud kəndi 4 şəhid verib, İkinci Qarabağ müharibəsində isə 2 şəhid verib. Ümumilikdə hər iki müharibədə 120 nəfər kənd sakini iştirak edib.
Xəbər lenti
0