Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərzaqlar arasında niyə ən çox tərəvəz məhsulları bahalaşıb?

© Sputnik / Murad OrujovBakıda supermarketdə meyvə-tərəvəz satışı
Bakıda supermarketdə meyvə-tərəvəz satışı - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Bu ilin avqust ayında əvvəlki aya nisbətən tərəvəzlərin qiyməti 5,2 faiz artıb. Ötən ilin avqust ayında isə iyul ayına nisbətən tərəvəz məhsullarında 1,6 faiz ucuzlaşma müşahidə edilirdi
BAKI, 28 sentyabr — Sputnik. Bu il ərzaq məhsulları içərisində ən çox bahalaşma tərəvəz məhsullarında müşahidə olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu ilin avqust ayında əvvəlki aya nisbətən tərəvəzlərin qiyməti 5,2 faiz artıb. Ötən ilin avqust ayında isə iyul ayına nisbətən tərəvəz məhsullarında 1,6 faiz ucuzlaşma müşahidə edilirdi. Bu ilin iyul ayında da ərzaq məhsulları arasında ən çox bahalaşan tərəvəz məhsulları olub. İyun ayına nisbətən tərəvəzlərin qiymətində 2,8 faiz artım qeydə alınıb.
Bəs niyə ərzaq məhsulları içərisində ən çox bahalaşma tərəvəz məhsullarında müşahidə olunur?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, bu ilin may-iyun aylarında tərəvəz məhsullarında hətta ucuzlaşma qeydə alınıb. Rusiya bazarının bağlı olması və əsasən tərəvəz məhsullarının idxalı ilə bağlı Rusiyanın bəzi qadağalar tətbiq etməsi, bu istiqamətdə bizim ixracatın azalması daxili bazarda qiymətlərə təsir göstərib. Amma son aylarda bu problemin böyük hissəsi həll edilib və bu da ixracatın sürətlə artmasına səbəb olub. Son iki ayda Rusiyaya ixracatda böyük artım var. Azərbaycanın daxili istehsalı həm yerli tələbatı tam ödəməyə, həm də ixrac ilə bağlı tələbi qarşılamağa yetərli deyil. Tərəvəz məhsullarının ixrac həcmi artan kimi daxili bazarda disbalans yaranır və qiymətlərin artması müşahidə olunur. Son iki ayda məhz bu tendensiyanı müşahidə edirik.
Rənglər, dadlar və qoxular. Paytaxt bazarlarını ziyarət etmək üçün ən yaxşı mövsüm - Sputnik Azərbaycan, 1920, 09.08.2021
VİDEO
Rənglər, dadlar və qoxular. Paytaxt bazarlarını ziyarət etmək üçün ən yaxşı mövsüm
Onun fikrincə, daxili tələbatı tam ödəyə bilməyən yerli istehsal daha çox ixracata kökləndiyindən, ixrac daha sərfəli olduğundan bu, daxili bazarda qiymət artımına səbəb olan əsas faktora çevrilir: "Son zamanlar tərəvəz məhsullarının qiymətinin artımı bununla bağlıdır. Bu, bir daha onu deməyə əsas verir ki, daxili istehsalın sürətlə artırılması, məhsuldarlığın yüksəldilməsi prioritet olmalıdır. Onsuz da əkinə yararlı torpaqlarımız çox deyil. İndiki dövrdə bizdə məhsuldarlıq ilə bağlı problem var. Daxili bazarın tələbatını ödəmək, ixracı yüksəltmək üçün istehsalın artırılmasına ehtiyac var. Xaricdən gətirilən məhsulların qiymətinin bahalaşmaya təsiri var, amma əsas məsələ daxili istehsalın həcm olaraq yetərli olmamasıdır".
Qeyd edək ki, ölkədə bu ilin avqust ayında əvvəlki ilin avqust ayına nisbətən ərzaq məhsulları 7,8 faiz bahalaşıb. 2021-ci ilin yanvar-avqust aylarında ərzaq məhsullarının qiyməti keçən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz yüksəlib.
Xəbər lenti
0