CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət agentliyində işçilərin sayı artırıldı

© Sputnik / Murad OrujovBakıda ASAN xidmət mərkəzi, arxiv şəkli
Bakıda ASAN xidmət mərkəzi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
İndiyədək Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidi olub
BAKI, 28 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Fərmana əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) işçilərinin sayı artırılıb. Belə ki, qurumun işçilərinin say həddi 995 ştat vahidi müəyyən edilib. İndiyədək Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidi olub.
Qeyd edək ki, Azərbaycanda ilk "ASAN xidmət" mərkəzi Bakıda 2013-cü ildə fəaliyyətə başlayıb. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Xəbər lenti
0