Bakı-Sumqayıt qatarları həftəsonları işləyəcək? - Rəsmi açıqlama

© Azerbaijan Railways CJSCBakı-Sumqayıt-Bakı qatarı, arxiv şəkli
Bakı-Sumqayıt-Bakı qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Qatarların yeni hərəkət qrafiki rəsmi saytda yayımlanacaq.
BAKI, 28 sentyabr — Sputnik. Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq.
Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib. Bildirilir ki, qatarların yeni hərəkət qrafiki rəsmi saytda yayımlanacaq.
Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Xəbər lenti
0