https://sputnik.az/20210928/azrbaycanda-srniin-qatarlarnn-hrktinin-brpasnn-sas-rtlri-aqlanb-433591821.html
Azərbaycanda sərnişin qatarlarının hərəkətinin bərpasının əsas şərtləri açıqlanıb
Azərbaycanda sərnişin qatarlarının hərəkətinin bərpasının əsas şərtləri açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycanda sərnişin qatarlarının hərəkətinin bərpasının əsas şərtləri açıqlanıb 28.09.2021, Sputnik Azərbaycan
2021-09-28T14:10+0400
2021-09-28T14:10+0400
2021-09-28T22:20+0400
əsas xəbərlər
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427124468_0:40:3192:1836_1920x0_80_0_0_b7df7a12339900ad4c29e0d20cad27d9.jpg
BAKI, 28 sentyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparır. Sputnik Azərbaycan xəbər verir ki, enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra (yəni, 1 oktyabr tarixindən deyil – red.) ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək.Məlumatda bildirilir ki, sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Qeyd olunur ki, bu proses Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn və yoluxma riskinin azaldılmasına yönəldilən bütün tələbləri nəzərə almaqla həyata keçiriləcək. Yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərin "COVID-19 vaksin sertifikatı" və ya COVID-19-a qarşı immunitet sertifikatının olması əsas şərtlərdən sayılır. COVID-19 pasportlarının verifikasiyası qərarda qeyd olunduğu kimi xüsusi mobil tətbiqetmə vasitəsilə həyata keçiriləcək.Vaqonlarda sərnişinlərin yerləşdirilməsi və bilet satışı qaydalarına gəlincə, bu və digər məsələlər hazırda işlənilir.Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq. Qatarların hərəkət qrafiki ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi sayt və sosial şəbəkə hesabında tanış ola bilərsiniz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427124468_461:0:3192:2048_1920x0_80_0_0_b8e7ff2d826b88c1c47dfb368dcb02a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əsas xəbərlər
Azərbaycanda sərnişin qatarlarının hərəkətinin bərpasının əsas şərtləri açıqlanıb
14:10 28.09.2021 (Yenilənib: 22:20 28.09.2021) Azərbaycanda sərnişin qatarlarının hərəkətinin bərpasının əsas şərtləri açıqlanıb
BAKI, 28 sentyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC müxtəlif istiqamətlərdə sabit cərəyandan dəyişən cərəyan sisteminə keçidin təmin edilməsi istiqamətində işlər aparır. Sputnik Azərbaycan xəbər verir ki, enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra (yəni, 1 oktyabr tarixindən deyil – red.) ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək.
Məlumatda bildirilir ki, sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Qeyd olunur ki, bu proses Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn və yoluxma riskinin azaldılmasına yönəldilən bütün tələbləri nəzərə almaqla həyata keçiriləcək. Yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərin "COVID-19 vaksin sertifikatı" və ya COVID-19-a qarşı immunitet sertifikatının olması əsas şərtlərdən sayılır. COVID-19 pasportlarının verifikasiyası qərarda qeyd olunduğu kimi xüsusi mobil tətbiqetmə vasitəsilə həyata keçiriləcək.
Vaqonlarda sərnişinlərin yerləşdirilməsi və bilet satışı qaydalarına gəlincə, bu və digər məsələlər hazırda işlənilir.
Həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti oktyabrın 1-dən bərpa edildiyindən, şənbə və bazar günləri Abşeron Dairəvi Dəmir Yolu üzrə qatarlar da hərəkətdə olacaq. Qatarların hərəkət qrafiki ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi sayt və sosial şəbəkə hesabında tanış ola bilərsiniz.