https://sputnik.az/20210928/avropada-qazn-qiymtlri-tarixd-ilk-df-olaraq-min-dollar-keib-433614784.html
Avropada qazın qiymətləri tarixdə ilk dəfə olaraq min dolları keçib
Avropada qazın qiymətləri tarixdə ilk dəfə olaraq min dolları keçib
Sputnik Azərbaycan
Əvvəlki rekord sentyabrın 15-də qeydə alınıb. O zaman min kubmetrin qiyməti 963,9 dollara kimi qalxıb. 28.09.2021, Sputnik Azərbaycan
2021-09-28T20:04+0400
2021-09-28T20:04+0400
2021-09-28T22:19+0400
qiymət
avropa
rekord
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753617_0:320:3072:2048_1920x0_80_0_0_472241779f176247a2f78c288f6241c4.jpg
BAKI, 28 sentyabr — Sputnik. Avropanın fyuçers bazarında ticarətin açılışında qaz qiymətləri tarixdə ilk dəfə olaraq min kubmetr üçün min dolları keçib. Bu barədə məlumat "ICE Futures" tərəfindən bildirilib.Belə ki, Hollandiyanın TTF (Avropanın ən likvid habı) indeksi üzrə fyuçerslər 992 dollardan başlayıb və artıq Moskva vaxtı ilə 10:10-da tarixi maksimuma – təxminən 1030 dollara çatıb.Əvvəlki rekord sentyabrın 15-də qeydə alınıb. O zaman min kubmetrin qiyməti 963,9 dollara kimi qalxıb.Son həftələrdə Avropada yanacağın qiyməti bir yarım dəfədən çox artıb - sentyabrın 1-də qazın min kubmetri 614 dollara satılıb. Analitiklər hesab edirlər ki, bu, Avropanın qaz anbarlarının tam dolmaması səbəbindən mümkün çatışmazlıqla bağlı olan narahatlığı ilə əlaqədardır. Əlavə olaraq, artan tələbə iqtisadiyyatın bərpası və hava faktorları, həmçinin Asiya ilə mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabət və Avropanın ən böyük tədarükçüsü olan "Qazprom"un məhdud təchizatı səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753617_341:0:3072:2048_1920x0_80_0_0_254a22a3f4d8dcbf1de9dea1b4b5603f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qiymət, avropa, rekord
Avropada qazın qiymətləri tarixdə ilk dəfə olaraq min dolları keçib
20:04 28.09.2021 (Yenilənib: 22:19 28.09.2021) Əvvəlki rekord sentyabrın 15-də qeydə alınıb. O zaman min kubmetrin qiyməti 963,9 dollara kimi qalxıb.
BAKI, 28 sentyabr — Sputnik. Avropanın fyuçers bazarında ticarətin açılışında qaz qiymətləri tarixdə ilk dəfə olaraq min kubmetr üçün min dolları keçib. Bu barədə məlumat "ICE Futures" tərəfindən bildirilib.
Belə ki, Hollandiyanın TTF (Avropanın ən likvid habı) indeksi üzrə fyuçerslər 992 dollardan başlayıb və artıq Moskva vaxtı ilə 10:10-da tarixi maksimuma – təxminən 1030 dollara çatıb.
Əvvəlki rekord sentyabrın 15-də qeydə alınıb. O zaman min kubmetrin qiyməti 963,9 dollara kimi qalxıb.
Son həftələrdə Avropada yanacağın qiyməti bir yarım dəfədən çox artıb - sentyabrın 1-də qazın min kubmetri 614 dollara satılıb. Analitiklər hesab edirlər ki, bu, Avropanın qaz anbarlarının tam dolmaması səbəbindən mümkün çatışmazlıqla bağlı olan narahatlığı ilə əlaqədardır. Əlavə olaraq, artan tələbə iqtisadiyyatın bərpası və hava faktorları, həmçinin Asiya ilə mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabət və Avropanın ən böyük tədarükçüsü olan "Qazprom"un məhdud təchizatı səbəb olub.