https://sputnik.az/20210928/Ekspert-Avropada-qazn-qiymtini-bahaladran-sbblri-aqlayr-428032365.html
Ekspert Avropada qazın qiymətini bahalaşdıran səbəbləri açıqlayır
Ekspert Avropada qazın qiymətini bahalaşdıran səbəbləri açıqlayır
Sputnik Azərbaycan
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ilk növbədə Rusiyadan ixrac olunan qazın qiymətindəki artım burada əsas faktor kimi dəyərləndirilir. 28.09.2021, Sputnik Azərbaycan
2021-09-28T10:00+0400
2021-09-28T10:00+0400
2021-10-16T11:34+0400
radio
multimedia
iqtisadiyyat
xəbərlər
rəşad həsənov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0b/427899235_0:91:1200:766_1920x0_80_0_0_0fc40c90940a0128992504409d377a35.jpg
Rəşad Həsənov: “Pandemiyanın təsirləri artıq aradan qalxmaqdadır”
Sputnik Azərbaycan
Rəşad Həsənov: “Pandemiyanın təsirləri artıq aradan qalxmaqdadır”
Bu qış hava soyuq keçərsə və bazarda təbii qaz çatışmazlığı yaranarsa, sıxlaşdırılmış təbii qazın (LNG) qiyməti 100 dollar/mln BTU-ya (britaniya istilik vahidi) qalxa bilər. Bu barədə "Citigroup Bank" analitiklərinin araşdırmasında deyilir.İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qazın qiymətinin bahalaşması daha çox Avropa bazarında müşahidə olunur: “Buna təsir göstərən bir neçə faktor mövcuddur. İlk növbədə Rusiyadan ixrac olunan qazın qiymətindəki artım burada əsas faktor kimi dəyərləndirilir. Avropa komissarının da bununla bağlı açıqlaması olmuşdu. Avropa ölkələri hələ də qazla təminatını diversifikasiyalaşdırmağa nail olmayıblar. Almaniya iqtisadiyyatı böyük həcmdə Rusiyadan idxal olunan qazdan asılıdır. Eyni zamanda iqlim dəyişikliyi fonunda havaların isti keçməsi sərinləşdirici cihazlara tələbatın artmasına səbəb olub. Elektrik enerjisi istehsalı ilə bağlı qazın istehlakı artırıb. Pandemiyanın kəskin şəkildə hökm sürdüyü 2020-ci ildə təlabatın azalması səbəbindən qiymətlərdə azalma prosesi gedirdi. İndiki dövrdə isə pandemiyanın təsirləri artıq aradan qalxmaqdadır və istehsal prosesi əvvəlki həcmini bərpa etməyə başlayıb. Bu da bazarda qiymətlərin artmasına təsir edən səbəb kimi qiymətləndirilir”.Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0b/427899235_29:0:1172:857_1920x0_80_0_0_bc795901c80a7c5bcd410e6f6ff3a222.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, multimedia, xəbərlər, аудио, rəşad həsənov, azərbaycan
radio, multimedia, xəbərlər, аудио, rəşad həsənov, azərbaycan
Ekspert Avropada qazın qiymətini bahalaşdıran səbəbləri açıqlayır
10:00 28.09.2021 (Yenilənib: 11:34 16.10.2021) İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ilk növbədə Rusiyadan ixrac olunan qazın qiymətindəki artım burada əsas faktor kimi dəyərləndirilir.
Bu qış hava soyuq keçərsə və bazarda təbii qaz çatışmazlığı yaranarsa, sıxlaşdırılmış təbii qazın (LNG) qiyməti 100 dollar/mln BTU-ya (britaniya istilik vahidi) qalxa bilər. Bu barədə "Citigroup Bank" analitiklərinin araşdırmasında deyilir.
İqtisadçı ekspert Rəşad Həsənov
Sputnik Azərbaycan-a bildirib ki, qazın qiymətinin bahalaşması daha çox Avropa bazarında müşahidə olunur: “Buna təsir göstərən bir neçə faktor mövcuddur. İlk növbədə Rusiyadan ixrac olunan qazın qiymətindəki artım burada əsas faktor kimi dəyərləndirilir. Avropa komissarının da bununla bağlı açıqlaması olmuşdu. Avropa ölkələri hələ də qazla təminatını diversifikasiyalaşdırmağa nail olmayıblar. Almaniya iqtisadiyyatı böyük həcmdə Rusiyadan idxal olunan qazdan asılıdır. Eyni zamanda iqlim dəyişikliyi fonunda havaların isti keçməsi sərinləşdirici cihazlara tələbatın artmasına səbəb olub. Elektrik enerjisi istehsalı ilə bağlı qazın istehlakı artırıb. Pandemiyanın kəskin şəkildə hökm sürdüyü 2020-ci ildə təlabatın azalması səbəbindən qiymətlərdə azalma prosesi gedirdi. İndiki dövrdə isə pandemiyanın təsirləri artıq aradan qalxmaqdadır və istehsal prosesi əvvəlki həcmini bərpa etməyə başlayıb. Bu da bazarda qiymətlərin artmasına təsir edən səbəb kimi qiymətləndirilir”.
Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz