Azərbaycan və Türkiyə rəsmiləri, diplomatlar Anım Günündən yazdılar
13:35 27.09.2021 (Yenilənib: 00:05 17.11.2021)
© AP Photo / Darko VojinovicМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
© AP Photo / Darko Vojinovic
Abunə olmaq
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Məclisin sədri, nazirlər, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirləri Anım Günü ilə bağlı paylaşımlar ediblər.
BAKI, 27 sentyabr — Sputnik. Bu gün 27 sentyabr - Anım Günüdür. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla əlaqədar azərbaycanlı rəsmilər və Türkiyənin xarici işlər naziri "Twitter" hesablarından paylaşımlar ediblər.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov paylaşımında şəhidlərimizin əziz xatirəsini yad edib: "27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!"
Milli Məclisin sədri Sahibə Qafarova da özünün "Twitter" hesabından Anım Günü ilə bağlı paylaşım edib. O, paylaşımında torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsinin böyük ehtiramla yad edildiyini vurğulayaraq şəhidlərimizin ruhu qarşısında baş əydiyini, qazilərə şəfalar dilədiyini bildirib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə paylaşım edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün baş tutan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasındakı çıxışında Anım Günündən danışıb: "Azərbaycanlı qəhrəmanlarımızı rəhmətlə yad edirəm". O, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsinin birinci ildönümü olmasına diqqət çəkib: "Başda azərbaycanlı qəhrəmanlarımız olmaqla, vətənlərimizin ərazi bütövlüyü, təhlükəsizliyi və müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov da Anım Günü ilə bağlı "Twitter" hesabından paylaşım edib: Vətən müharibəsində qəhrəmancasına vuruşan və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla yad edirik. Ruhları şad olsun".
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.
"Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk", - ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilir.
"Səfir Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad etdi. Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk", - ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda bildirilir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” səhifəsində 27 sentyabr – Azərbaycanda şəhidlərin Anım Günü ilə əlaqədar paylaşım edib.
"27 sentyabr - Anım Günü, keçənilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə paylaşımda bildirilir.
"27 sentyabr - Anım Günü, keçənilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm", - deyə paylaşımda bildirilir.
İsrailin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bu barədə paylaşımı İsrailin Azərbaycandakı səfirliyi edib.
“Bu gün, Anım günündə səfir Corc Dik və səfirliyin əməkdaşları Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq müharibə şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Biz regionda sülh üçün dua edir və həlak olanların ailələrinə baş sağlığı veririk”, - səfirliyin Twitter-dəki paylaşımında deyilir.
Azərbaycan Respublikasında 27 sentyabr Anım Günü elan edilməsi ilə əlaqədar Qazaxıstan Səfirliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin hörmətlə yad edir. Bununla bağlı səfirliyin sosial şəbəkəsində paylaşım edilib.
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
Ali Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"
Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"