https://sputnik.az/20210927/hali-Qarabaa-syaht-etmy-hazrlar-428031430.html
Əhali Qarabağa səyahət etməyə hazırlaşır
Əhali Qarabağa səyahət etməyə hazırlaşır
Sputnik Azərbaycan
Respondentlər arasında aparılan sorğu zamanı bəlli olub ki, onların 53 faizi yaxın gələcəkdə Qarabağa getməyi planlaşdırır. 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T17:28+0400
2021-09-27T17:28+0400
2021-09-27T17:16+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854335_0:0:1875:1055_1920x0_80_0_0_76b15ed867c54f8cc0cfe789d9fdcd0d.jpg
BAKI, 27 sentyabr — Sputnik. Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, mövzunun aktuallığını nəzərə alınaraq Media Təhlil Mərkəzi tərəfindən 15-20 sentyabr tarixlərində 890 nəfər arasında sorğu keçirilib. Sorğuda iştirak edən respondentlərin 40 faizini qadınlar, 60 faizini kişilər təşkil edib.İlk sualda respondentlərdən Azərbaycanın öz torpaqlarını işğaldan hərbi yolla azad etməsinin səbəbi soruşulub. Cavab verənlərin 42 faizi Ermənistanın siyasi rəhbərliyini, 21 faizi xarici qüvvələri səbəbkar hesab edib. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini səbəb göstərənlər sorğu iştirakçılarının 37 faizini təşkil edib.Növbəti sualla respondentlərin Qarabağa səyahət planlarını müəyyən etmək mümkün olub. Cavab verənlərin 53 faizi yaxın gələcəkdə Qarabağa səyahət etməyi planlaşdırdığını, 36 faizi təhlükəsizlik tədbirlərinin tam təmin olunacağı halda gedəcəyini, 5 faizi artıq səyahət etdiyini, 6 faizi isə səyahət etməyi düşünmədiyini bildirib.İşğaldan azad edilən ərazilərdə işgüzar fəallığın təmin edilməsi istiqamətində atılmalı addımlarla bağlı verilən suala cavab verənlərin 30 faizi sözügedən torpaqlarda yeni fabrik və zavodların açılmasının zəruri olduğunu qeyd edib. Respondentlərin 28 faizi xüsusi iqtisadi zonaların yaradılmasını, 21 faizi xarici investisiyaların cəlb edilməsini, 21 faizi isə aqroparkların və fermer təsərrüfatlarının yaradılmasını məqsədəuyğun hesab edir.İştirakçılar işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın hansı sahələrinin aparıcı olacağı ilə bağlı suala isə belə cavab verib:Kənd təsərrüfatı – 35%;Sənaye – 8%;Tikinti – 4%;Turizm və xidmət sahəsi – 51%;Ticarət – 2%.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/05/427854335_207:0:1875:1251_1920x0_80_0_0_ea2c2a9ba032d75636f3e8145b34fc71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Əhali Qarabağa səyahət etməyə hazırlaşır
Respondentlər arasında aparılan sorğu zamanı bəlli olub ki, onların 53 faizi yaxın gələcəkdə Qarabağa getməyi planlaşdırır.
BAKI, 27 sentyabr — Sputnik. Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, mövzunun aktuallığını nəzərə alınaraq Media Təhlil Mərkəzi tərəfindən 15-20 sentyabr tarixlərində 890 nəfər arasında sorğu keçirilib. Sorğuda iştirak edən respondentlərin 40 faizini qadınlar, 60 faizini kişilər təşkil edib.
İlk sualda respondentlərdən Azərbaycanın öz torpaqlarını işğaldan hərbi yolla azad etməsinin səbəbi soruşulub. Cavab verənlərin 42 faizi Ermənistanın siyasi rəhbərliyini, 21 faizi xarici qüvvələri səbəbkar hesab edib. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini səbəb göstərənlər sorğu iştirakçılarının 37 faizini təşkil edib.
Növbəti sualla respondentlərin Qarabağa səyahət planlarını müəyyən etmək mümkün olub. Cavab verənlərin 53 faizi yaxın gələcəkdə Qarabağa səyahət etməyi planlaşdırdığını, 36 faizi təhlükəsizlik tədbirlərinin tam təmin olunacağı halda gedəcəyini, 5 faizi artıq səyahət etdiyini, 6 faizi isə səyahət etməyi düşünmədiyini bildirib.
İşğaldan azad edilən ərazilərdə işgüzar fəallığın təmin edilməsi istiqamətində atılmalı addımlarla bağlı verilən suala cavab verənlərin 30 faizi sözügedən torpaqlarda yeni fabrik və zavodların açılmasının zəruri olduğunu qeyd edib. Respondentlərin 28 faizi xüsusi iqtisadi zonaların yaradılmasını, 21 faizi xarici investisiyaların cəlb edilməsini, 21 faizi isə aqroparkların və fermer təsərrüfatlarının yaradılmasını məqsədəuyğun hesab edir.
İştirakçılar işğaldan azad edilən ərazilərdə iqtisadiyyatın hansı sahələrinin aparıcı olacağı ilə bağlı suala isə belə cavab verib:
Turizm və xidmət sahəsi – 51%;