https://sputnik.az/20210927/Yenidn-quuluq-mhsullarnn-Azrbaycana-idxalna-mhdudiyyt-qoyulub-428033485.html
Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Sputnik Azərbaycan
Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə... 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T21:13+0400
2021-09-27T21:13+0400
2021-09-27T20:22+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821504_0:0:3073:1728_1920x0_80_0_0_720be4535c35e620c4f74d4b6e96b897.jpg
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.AQTA-dan APA-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.Xatırladaq ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) bir müddət öncəki məlumatına əsasən, Polşa Respublikasının Malopolski vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski vilayətinin Olsztyn, Velikopolski vilayətinin Szamotuły, Kalisz, Opolski vilayətinin Krapkowice, Prudnik rayonlarında baş verən yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizotik ocaqları mövcud olub.Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821504_153:0:2884:2048_1920x0_80_0_0_9b40b21611dae9d3b550373ba0d64605.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub
Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan APA-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Hindistan Respublikasının Cammu-Kəşmir və Haryana ştatlarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xatırladaq ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) bir müddət öncəki məlumatına əsasən, Polşa Respublikasının Malopolski vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski vilayətinin Olsztyn, Velikopolski vilayətinin Szamotuły, Kalisz, Opolski vilayətinin Krapkowice, Prudnik rayonlarında baş verən yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizotik ocaqları mövcud olub.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.