Xüsusi Təyinatlı Qüvvələrin komandanı Anım Günü müharibə qəhrəmanları ilə bir arada

© Photo : Baku Media CenterКомандующий Силами специального назначения – генерал-лейтенант Хикмет Мирзаев, фото из архива
Командующий Силами специального назначения – генерал-лейтенант Хикмет Мирзаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb.
Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.
Bu gün keçirilən anım tədbirləri ilə yanaşı, Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Hazırda da bir çox təlimlər icra edilməkdədir.
 
Xəbər lenti
0