https://sputnik.az/20210927/Azerbaycan-medeniyyetine-daha-bir-itki-428031437.html
Azərbaycan mədəniyyətinə daha bir itki
Azərbaycan mədəniyyətinə daha bir itki
Sputnik Azərbaycan
1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuş Teymur Mirzəyev vəfat edib. 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T16:36+0400
2021-09-27T16:36+0400
2021-09-27T16:30+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427720461_0:0:3071:1728_1920x0_80_0_0_e59104e59565f68bf0932301dee8ecc3.jpg
BAKI, 27 sentyabr — Sputnik. "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.Qeyd edək ki, T.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biri idi. Dünyanın ən nüfuzlu konsert salonlarında ansamblın çıxışlarını geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Onun rəhbərliyi dövründə ansambl Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə konsertlər verib. T.Mirzəyev yeni nəsil musiqiçilərin yetişməsində də böyük rol oynayıb.Allah rəhmət eləsin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/11/427720461_248:0:2979:2048_1920x0_80_0_0_d7979493a490c9a8d4fbce6129f7c2ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Azərbaycan mədəniyyətinə daha bir itki
1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olmuş Teymur Mirzəyev vəfat edib.
BAKI, 27 sentyabr — Sputnik. "Qaya" estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, T.Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.
T.Mirzəyev müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdən biri idi. Dünyanın ən nüfuzlu konsert salonlarında ansamblın çıxışlarını geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Onun rəhbərliyi dövründə ansambl Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Afrikada, Çexoslovakiyada, İsraildə, Kanadada, Gürcüstanda, Ukraynada məharətlə konsertlər verib. T.Mirzəyev yeni nəsil musiqiçilərin yetişməsində də böyük rol oynayıb.