Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan bir dəqiqəlik susdu: Şəhidlərimizin ruhuna ehtiram

© Sputnik / Murad OrujovŞəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - Sputnik Azərbaycan, 1920, 27.09.2021
44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
BAKI, 27 sentyabr — Sputnik. Bu dəqiqə Azərbaycan ərazisində sükut anıdır.
Sputnik Azərbaycan bildirir ki, ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.
Qeyd edək ki, sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.
44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Eyni zamanda Bakının bəzi küçə və prospektlərində eyvanlardan bayraqlar asılıb.
Ölkəmizin bütün vətəndaşlarını bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала