CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidBakıda parad
Bakıda parad - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Abunə olmaq
Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
BAKI, 27 sentyabr — Sputnik. "Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
"Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev bildirib.
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Hər kəs bu sözlərlə hesablaşacaqdır
Ombudsman Ermənistanın müharibə cinayətlərini ifşa edən bəyanat yayıb
Xəbər lenti
0