https://sputnik.az/20210926/lham-liyev-Xsusi-Tyinatl-Qvvlrin-uaya-girmsini-ks-etdirn-fotonu-paylad--428024362.html
İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya girməsini əks etdirən fotonu paylaşdı
İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya girməsini əks etdirən fotonu paylaşdı
Sputnik Azərbaycan
Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının - Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin Şuşaya girməsini özündə əks etdirən fotonu “Facebook”... 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T21:31+0400
2021-09-26T21:31+0400
2021-09-26T22:08+0400
xəbərlər
şuşa günü
şuşa
şuşanın azad olunması
xüsusi təyinatlı
xüsusi təyinatlılar
xüsusi təyinatlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426682020_0:288:1784:1292_1920x0_80_0_0_99c0a0210ea354515996c2107ec6f637.jpg
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.Sputnik Azərbaycan xəbər verir ki, Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının - Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin Şuşaya girməsini özündə əks etdirən fotonu “Facebook” profilindən paylaşıb.2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 ildən çox işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.Şuşanın azad edilməsiİşğaldan azad edilmiş Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçiriblər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olublar.Şuşanın müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlayıb. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad edərək ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçiriblər. Erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlar üçün bağlayıblar.Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olublar. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovublar və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib. Lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdi. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdi.Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşaya nəzarəti itirdirdiklərini təsdiqləyiblər.Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olub və Azərbaycana strateji üstünlük verib. İki gün sonra Ermənistan məğlubiyyəti qəbul edib və üçtərəfli bəyanata imza atıb. Üçtərəfli bəyanatAzərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0c/426682020_234:266:1602:1292_1920x0_80_0_0_c199fbc9509a03c0a4a102a6bd8c0c1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, şuşa günü, şuşa, şuşanın azad olunması, xüsusi təyinatlı, xüsusi təyinatlılar, xüsusi təyinatlı qüvvələr
xəbərlər, şuşa günü, şuşa, şuşanın azad olunması, xüsusi təyinatlı, xüsusi təyinatlılar, xüsusi təyinatlı qüvvələr
İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya girməsini əks etdirən fotonu paylaşdı
21:31 26.09.2021 (Yenilənib: 22:08 26.09.2021) Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının - Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin Şuşaya girməsini özündə əks etdirən fotonu “Facebook” profilindən paylaşıb.
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, Ali Baş Komandan Azərbaycan Ordusunun hərbi qulluqçularının - Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin Şuşaya girməsini özündə əks etdirən fotonu “Facebook” profilindən paylaşıb.
2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni təxribatlarına cavab verərək əks hücum əməliyyatlarına başlayıb. Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan 28 ildən çox işğal altında olan torpaqlarını azad edib. Noyabrın 8-də müharibədə Zəfər qazandığımız rəsmən elan olunub.
İşğaldan azad edilmiş Cəbrayıl şəhərindən irəliləyən Azərbaycan qüvvələri oktyabrın ortalarında Hadrut qəsəbəsini ələ keçiriblər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olublar.
Şuşanın müharibənin başlanğıcından bəri bombardman altında olmasına baxmayaraq, yalnız 29 oktyabrdan şəhər yaxınlığında lokal döyüşlər başlayıb. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad edərək ardından da strateji Şuşa–Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçiriblər. Erməni qüvvələri sonradan – 4 noyabrda yolu mülki vətəndaşlar üçün bağlayıblar.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olublar. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovublar və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan edib. Lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdi. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdi.
Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşaya nəzarəti itirdirdiklərini təsdiqləyiblər.
Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olub və Azərbaycana strateji üstünlük verib. İki gün sonra Ermənistan məğlubiyyəti qəbul edib və üçtərəfli bəyanata imza atıb.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.