https://sputnik.az/20210926/Sehid-anasi-Eli-ve-islamdan-mene-qalan-bu-muzey-oldu-428006967.html
Şəhid anası: “Əli və İslamdan mənə qalan bu muzey oldu”
Şəhid anası: “Əli və İslamdan mənə qalan bu muzey oldu”
Sputnik Azərbaycan
Şəhid qardaşların anası - Sevinc Əhmədova: “Bu müzeyi yaratmaqda bir məqsədim var idi, Əli ilə İslamı bu cür yaşadım, belə tanısınlar. Ətraflı videomuzda. 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T19:00+0400
2021-09-26T19:00+0400
2021-11-17T00:05+0400
multimedia
video
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428006863_0:-1:1911:1080_1920x0_80_0_0_03695831d5533e9be48944e4280d6f71.jpg
Mingəçevirdə dünyaya gələn qardaşlardan Əlinin 27, İslamın isə 26 yaşı vardı şəhid olanda. Ataları İlqar Əhmədov onlar hələ uşaq olarkən dünyasını dəyişib. Anaları Sevinc Əhmədova çətinliklə böyütmüşdü övladlarını. Vətən müharibəsi başlayanda Əhmədov qardaşları da "müddətdən artıq xidmət edən" olaraq döyüşlərə qatılırlar.Şiddətli döyüşlərin ilk günü düşmənə sarsıdıcı zərbələr endirərək hərbçi yoldaşları ilə bərabər irəliləməyi bacarırlar. Ermənilərin atdığı mərmi Əlini iki dəfə yaralasa da o, döyüşü davam etdirir. Hər iki qardaş 27 sentyabrda ən uca zirvəyə - şəhadətə yüksəliblər. İki övladını Vətən yolunda qurban verən ana övladları üçün tikilən evi müzeyə çevirib.Sevinc Əhmədova müsahibəsində bildirib: “Mədəniyyət nazirliyindən xahişim budur ki, bu evi dövlət qeydiyyatına alsınlar. Dövlətin himayəsində olsun, bu ev qorunsun, gələcək nəsillərə çatdırılısın. Gələcək nəsillər də heç vaxt Əli ilə İslamı unutmasınlar. Yaddaşlarda qalsınlar, mən də belə yaşadım balalarımı.Bu mənim ən böyük arzumdur, bir ana kimi. Müzey dövlət qeydiyyatına alınsın və qorunsun.”Qeyd edək ki, Tərtər rayonun Talış, Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qardaşlar “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif ediliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428006863_0:-1:1719:1080_1920x0_80_0_0_ba18053be8564664f88ff82d2b323666.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, azərbaycan
multimedia, xəbərlər, azərbaycan
Şəhid anası: “Əli və İslamdan mənə qalan bu muzey oldu”
19:00 26.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Şəhid qardaşların anası - Sevinc Əhmədova: “Bu müzeyi yaratmaqda bir məqsədim var idi, Əli ilə İslamı bu cür yaşadım, belə tanısınlar. Ətraflı videomuzda.
Mingəçevirdə dünyaya gələn qardaşlardan Əlinin 27, İslamın isə 26 yaşı vardı şəhid olanda. Ataları İlqar Əhmədov onlar hələ uşaq olarkən dünyasını dəyişib. Anaları Sevinc Əhmədova çətinliklə böyütmüşdü övladlarını. Vətən müharibəsi başlayanda Əhmədov qardaşları da "müddətdən artıq xidmət edən" olaraq döyüşlərə qatılırlar.
Şiddətli döyüşlərin ilk günü düşmənə sarsıdıcı zərbələr endirərək hərbçi yoldaşları ilə bərabər irəliləməyi bacarırlar. Ermənilərin atdığı mərmi Əlini iki dəfə yaralasa da o, döyüşü davam etdirir. Hər iki qardaş 27 sentyabrda ən uca zirvəyə - şəhadətə yüksəliblər. İki övladını Vətən yolunda qurban verən ana övladları üçün tikilən evi müzeyə çevirib.
Sevinc Əhmədova müsahibəsində bildirib: “Mədəniyyət nazirliyindən xahişim budur ki, bu evi dövlət qeydiyyatına alsınlar. Dövlətin himayəsində olsun, bu ev qorunsun, gələcək nəsillərə çatdırılısın. Gələcək nəsillər də heç vaxt Əli ilə İslamı unutmasınlar. Yaddaşlarda qalsınlar, mən də belə yaşadım balalarımı.
Bu mənim ən böyük arzumdur, bir ana kimi. Müzey dövlət qeydiyyatına alınsın və qorunsun.”
Qeyd edək ki, Tərtər rayonun Talış, Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qardaşlar “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif ediliblər.