https://sputnik.az/20210926/Qzl-kmrini-satb-taliyaya-thsil-dalnca-gedn-adam-Blbln-ev-muzeyin-syaht-427933988.html
Qızıl kəmərini satıb İtaliyaya təhsil dalınca gedən adam: Bülbülün ev muzeyinə səyahət
Qızıl kəmərini satıb İtaliyaya təhsil dalınca gedən adam: Bülbülün ev muzeyinə səyahət
Sputnik Azərbaycan
Bülbül iki otaq və eyvandan ibarət olan bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib. İşğaldan azad ediləndən sonra ev muzeyi təmir olunub. 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T17:00+0400
2021-09-26T17:00+0400
2021-09-26T17:25+0400
xəbərlər
tarixdə bu gün
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427933936_0:264:2000:1394_1920x0_80_0_0_356d290bf8caca57d75008d1dd708f07.jpg
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Azərbaycanın ölməz opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, peşəkar vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) anım günüdür. O, 60 ildir vəfat edib, lakin xalqımız üçün böyük bir musiqi xəzinəsi qoyub gedib. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycan ərazilərini, mədəniyyətimizin beşiyi Şuşa şəhərini işğal etməsi nəticəsində mirasına ən böyük zərbə dəyənlərdən biri də məhz Bülbül olub. Onun büstü güllələnib, evi barbarcasına dağıdılıb. Bu yazıda Bülbülün artıq yenidən qurularaq ziyarətçilərin üzünə açılan ev muzeyindən bəhs edəcəyik. Oğlunun bağışladığı maketErməni vandalizminə məruz qalan tarixi yerlərdən biridir dahi sənətkarımız Bülbülün Şuşadakı ev muzeyi. 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından sonra bu muzeyin də daşı daş üstündə qalmayıb.Ötən il noyabrın 8-də Azərbaycan xalqının böyük iradəsi sayəsində mədəniyyətimizin paytaxtı olan Şuşamız azad olundu. Bülbülün ermənilərin bərbad hala saldıqları Şuşadakı ev muzeyini isə hərbçilərimiz noyabrın 17-də ziyarət etdilər. Ermənistan Silahlı Qüvvələri muzeyin 10 mindən artıq eksponatını məhv edib. Bundan başqa, Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınmışdı.Bülbül iki otaq və eyvandan ibarət olan bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib. Sevindirici haldır ki, artıq həmin ev muzeyi təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışında iştirak ediblər.Bülbülün Şuşadakı ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli Sputnik Azərbaycan-a bildirib ki, həmin ev muzeyinin həyətində olan iki tut ağacından biri məhv edilib. Salamat qalanını isə deyilənə görə, vaxtilə Bülbül özü əkib.Muzeydə Bülbülün təxminən 15-16 yaşlarında çəkilmiş fotosu əsasında yaradılmış maketi yer alıb. Muzey direktorunun sözlərinə görə, həmin maket Polad Bülbüloğlunun şəxsi hesabına hazırlanıb:"Maketi Polad müəllim muzeyimizə bağışlayıb. Bundan əlavə, maketin yanında yer alan bizim milli musiqi mədəniyyətimizin kökündə dayanan tar, kamança və qaval var ki, onların da yaşı çox qədimdir".Qızıl kəmər belə deyil, sənətə bəzək olduMuzeydə həmçinin Bülbülün gənc yaşlarında çəkdirdiyi foto nümayiş olunur. Həmsöhbətimiz bildirir ki, fotoda Bülbülün belində qızıl kəmər var. Sənətkar o kəməri satıb, təhsil alıb: "Həmin pulla İtaliyaya təhsil almağa gedib. Yəni həmin kəmər olduqca bahalı olub. Bir faktı da deyim ki, Bülbülə heç kim kömək etməyib".Muzeydə yerləşdirilən monitor vasitəsi ilə oraya gələn qonaqlar sənətkar haqqında məlumatlar toplaya bilərlər. Burada Bülbülün unikal, heç yerdə yayımlanmayan videoları nümayiş olunur: "Menyuya daxil olduqda orada Bülbülün həyatı və yaradıcılığı haqqında məlumat almaq mümkündür. Onun İtaliyadakı yaradıcılığı, o cümlədən Azərbaycan opera sənətində göstərdiyi xidmətlər haqqında məlumat verilir. Hələlik iki dildə fəaliyyət göstərir. Bir müddətdən sonra beş dildə fəaliyyət göstərəcək".Muzey eksponatları sırasında Ulu öndər Heydər Əliyevin Bülbülün 1993-cü ildə Bakıdakı ev muzeyini (1982) ziyarət etdiyi zaman xatirə dəftərinə yazdığı dəyərli sözlər də yer alıb. Həmin muzeyin açılışından olan fotolar da eksponatların içindədir. Bundan başqa, Ali Baş Komandan İlham Əliyevin güllələnmiş heykəllərin Şuşaya gətirilən zaman çəkilən fotoları da muzeydə yerləşdirilib.Nadir fotolar və "Stalin" mükafatıMuzeydə Azərbaycan peşəkar vokal sənətinin banisinin Üzeyir bəylə, Fikrət Əmirovla, Qara Qarayevlə, Rəşid Behbudovla olan nadir fotoları, o cümlədən İtaliyada təhsil aldığı dönəmlərdə çəkdirdiyi fotolar da nümayiş olur. Fəxrəddin müəllimin sözlərinə görə, Bülbül Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun səsini köçürüb, Leninqradda vallarını buraxıb. Həmin val eksponatlar sırasındadır. Muzey direktoru onu da bildirdi ki, Bülbülün evinə qonşu olan ev də milli ornamentləri saxlanılmaq şərti ilə bərpa olunacaq:"O dönəmlərdə "Stalin" mükafatı sənətinin zirvəsinə çatmış insanlara verilirdi. Stalin bu mükafatı özü şəxsən Bülbülə vermişdi. Həmin mükafat və Bülbülün Stalinə teleqramının nüsxəsi də muzeydə nümayiş olunur. Muzey ziyarətçiləri dahi sənətkara verilən digər mükafatlarla da tanış ola bilərlər. Bundan əlavə, Bülbülün müxtəlif illərdə verdiyi konsertlərin iki dildə - ərəb və kiril əlifbasında olan afişası da muzeydə qorunur", - F.Hacıbəyli qeyd edib.Şuşadan Fəxri XiyabanadəkMəlumat üçün bildirək ki, Bülbül 22 iyun 1897-ci ildə Şuşa şəhərində anadan olub. Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi 1907-ci ildə Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb."Sənsiz" (Üzeyir Hacıbəyov), "Sevgili canan" (Üzeyir Hacıbəyov), "Ölkəm" (Asəf Zeynallı), "Süsən-sünbül" (xalq mahnısı) mahnı və romanslarının müəllifi olan dahi sənətkar aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkilatçısı olub. O, Azərbaycanda not nəşriyyatının təşkilatçısı, eyni zamanda parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.Görkəmli sənətkar 1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi. O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427933936_0:200:2000:1458_1920x0_80_0_0_491ca1234e86984cb411fa3aaf61709b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tarixdə bu gün
Qızıl kəmərini satıb İtaliyaya təhsil dalınca gedən adam: Bülbülün ev muzeyinə səyahət
17:00 26.09.2021 (Yenilənib: 17:25 26.09.2021) Bülbül iki otaq və eyvandan ibarət olan bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib. İşğaldan azad ediləndən sonra ev muzeyi təmir olunub.
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Azərbaycanın ölməz opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, peşəkar vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) anım günüdür. O, 60 ildir vəfat edib, lakin xalqımız üçün böyük bir musiqi xəzinəsi qoyub gedib. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycan ərazilərini, mədəniyyətimizin beşiyi Şuşa şəhərini işğal etməsi nəticəsində mirasına ən böyük zərbə dəyənlərdən biri də məhz Bülbül olub. Onun büstü güllələnib, evi barbarcasına dağıdılıb. Bu yazıda Bülbülün artıq yenidən qurularaq ziyarətçilərin üzünə açılan ev muzeyindən bəhs edəcəyik.
Oğlunun bağışladığı maket
Erməni vandalizminə məruz qalan tarixi yerlərdən biridir dahi sənətkarımız Bülbülün Şuşadakı ev muzeyi. 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından sonra bu muzeyin də daşı daş üstündə qalmayıb.
Ötən il noyabrın 8-də Azərbaycan xalqının böyük iradəsi sayəsində mədəniyyətimizin paytaxtı olan Şuşamız azad olundu. Bülbülün ermənilərin bərbad hala saldıqları Şuşadakı ev muzeyini isə hərbçilərimiz noyabrın 17-də ziyarət etdilər. Ermənistan Silahlı Qüvvələri muzeyin 10 mindən artıq eksponatını məhv edib. Bundan başqa, Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınmışdı.
Bülbül iki otaq və eyvandan ibarət olan bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib. Sevindirici haldır ki, artıq həmin ev muzeyi təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışında iştirak ediblər.
Bülbülün Şuşadakı ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli Sputnik Azərbaycan-a bildirib ki, həmin ev muzeyinin həyətində olan iki tut ağacından biri məhv edilib. Salamat qalanını isə deyilənə görə, vaxtilə Bülbül özü əkib.
Muzeydə Bülbülün təxminən 15-16 yaşlarında çəkilmiş fotosu əsasında yaradılmış maketi yer alıb. Muzey direktorunun sözlərinə görə, həmin maket Polad Bülbüloğlunun şəxsi hesabına hazırlanıb:
"Maketi Polad müəllim muzeyimizə bağışlayıb. Bundan əlavə, maketin yanında yer alan bizim milli musiqi mədəniyyətimizin kökündə dayanan tar, kamança və qaval var ki, onların da yaşı çox qədimdir".
Qızıl kəmər belə deyil, sənətə bəzək oldu
Muzeydə həmçinin Bülbülün gənc yaşlarında çəkdirdiyi foto nümayiş olunur. Həmsöhbətimiz bildirir ki, fotoda Bülbülün belində qızıl kəmər var. Sənətkar o kəməri satıb, təhsil alıb: "Həmin pulla İtaliyaya təhsil almağa gedib. Yəni həmin kəmər olduqca bahalı olub. Bir faktı da deyim ki, Bülbülə heç kim kömək etməyib".
Muzeydə yerləşdirilən monitor vasitəsi ilə oraya gələn qonaqlar sənətkar haqqında məlumatlar toplaya bilərlər. Burada Bülbülün unikal, heç yerdə yayımlanmayan videoları nümayiş olunur: "Menyuya daxil olduqda orada Bülbülün həyatı və yaradıcılığı haqqında məlumat almaq mümkündür. Onun İtaliyadakı yaradıcılığı, o cümlədən Azərbaycan opera sənətində göstərdiyi xidmətlər haqqında məlumat verilir. Hələlik iki dildə fəaliyyət göstərir. Bir müddətdən sonra beş dildə fəaliyyət göstərəcək".
Muzey eksponatları sırasında Ulu öndər Heydər Əliyevin Bülbülün 1993-cü ildə Bakıdakı ev muzeyini (1982) ziyarət etdiyi zaman xatirə dəftərinə yazdığı dəyərli sözlər də yer alıb. Həmin muzeyin açılışından olan fotolar da eksponatların içindədir. Bundan başqa, Ali Baş Komandan İlham Əliyevin güllələnmiş heykəllərin Şuşaya gətirilən zaman çəkilən fotoları da muzeydə yerləşdirilib.
Nadir fotolar və "Stalin" mükafatı
Muzeydə Azərbaycan peşəkar vokal sənətinin banisinin Üzeyir bəylə, Fikrət Əmirovla, Qara Qarayevlə, Rəşid Behbudovla olan nadir fotoları, o cümlədən İtaliyada təhsil aldığı dönəmlərdə çəkdirdiyi fotolar da nümayiş olur. Fəxrəddin müəllimin sözlərinə görə, Bülbül Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun səsini köçürüb, Leninqradda vallarını buraxıb. Həmin val eksponatlar sırasındadır. Muzey direktoru onu da bildirdi ki, Bülbülün evinə qonşu olan ev də milli ornamentləri saxlanılmaq şərti ilə bərpa olunacaq:
"O ev də milli dəyərlərimizi əks etdirən evdir. Evin qarşısında səhnə tikməyi düşünürük, onun önündə isə 250-300 nəfərlik konsert salonu tikiləcək. Qonaqlarımız həm konsertə qulaq asacaqlar, həm də Bülbülün ev muzeyi ilə tanış olacaqlar. Biz bu təklifi vitse-prezident Mehriban Əliyevaya bildirdik, Mehriban xanım da müsbət qarşıladı".
"O dönəmlərdə "Stalin" mükafatı sənətinin zirvəsinə çatmış insanlara verilirdi. Stalin bu mükafatı özü şəxsən Bülbülə vermişdi. Həmin mükafat və Bülbülün Stalinə teleqramının nüsxəsi də muzeydə nümayiş olunur. Muzey ziyarətçiləri dahi sənətkara verilən digər mükafatlarla da tanış ola bilərlər. Bundan əlavə, Bülbülün müxtəlif illərdə verdiyi konsertlərin iki dildə - ərəb və kiril əlifbasında olan afişası da muzeydə qorunur", - F.Hacıbəyli qeyd edib.
Şuşadan Fəxri Xiyabanadək
Məlumat üçün bildirək ki, Bülbül 22 iyun 1897-ci ildə Şuşa şəhərində anadan olub. Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi 1907-ci ildə Şuşa mollaxanasında musiqi təhsili almağa başlayıb. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər.
1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb. 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.
"Sənsiz" (Üzeyir Hacıbəyov), "Sevgili canan" (Üzeyir Hacıbəyov), "Ölkəm" (Asəf Zeynallı), "Süsən-sünbül" (xalq mahnısı) mahnı və romanslarının müəllifi olan dahi sənətkar aşıq yaradıcılığına dair şifahi materialların — xalq nağılları, əfsanə, dastan, qəzəllərin, aşıq musiqi yaradıcılığının 250 çap vərəqi həcmındə toplanması üçün briqadaların təşkilatçısı olub. O, Azərbaycanda not nəşriyyatının təşkilatçısı, eyni zamanda parlaq istedadların üzə çıxarılması üçün ilk musiqi olimpiadasının keçirilməsinin təşəbbüskarıdır.
Görkəmli sənətkar 1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi. O, 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Birinci Fəxri Xiyabandadır.