Hərbi təyyarəçilərimiz İstanbul səmasında növbəti şou göstəriblər

© AR Ministry of Defence Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında - Sputnik Azərbaycan, 1920, 26.09.2021
Abunə olmaq
Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.
26 sentyabr - Sputnik. Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb.
1/3
2/3
3/3
1/3
2/3
3/3
Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.
Qeyd edək ki, Atatürk Beynəlxalq Hava limanında keçirilən “Texnofest-2021” aviasiya, kosmos və texnologiyalar festivalının dördüncü ilində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MİQ-29 döyüş təyyarələri müxtəlif günlərdə nümunəvi uçuşlar ediblər.
Xəbər lenti
0