Azərbaycan və Ermənistan arasında əməkdaşlıq BMT-də müzakirə edildi

© AFP 2023 / LUDOVIC MARINФлаг ООН, фото из архива
Флаг ООН, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.09.2021
Abunə olmaq
Antoniu Quterreş davam edən dialoqa və sülhməramlı səylərə, eləcə də BMT-nin bölgədəki təşkilatlarının işinə dəstəyini vurğulayıb.
BAKI, 26 sentyabr - Sputnik.  BMT baş katibi Antoniu Quterreş və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədində yaranan vəziyyəti müzakirə ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Quterreşin ofisinin yaydığı məlumatda bildirilir.
"Baş katib və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər. Onlar həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, regional əməkdaşlığı və davamlı sülhün təşviqi səylərini müzakirə ediblər” - xəbərdə qeyd edilir.
Baş katib davam edən dialoqa və sülhməramlı səylərə, eləcə də BMT-nin bölgədəki təşkilatlarının işinə dəstəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından sonra ilk görüşü olub.
Həmçinin oxuyun:
* BMT baş katibi İlham Əliyevin təşəbbüslərini yüksək qiymətləndirib
Xəbər lenti
0