https://sputnik.az/20210926/Btn-dnya-hdflrdn-sapb-faizlrin-qaldrlmas-inflyasiyann-qarsn-alacaqm-427980716.html
Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?
Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?
Sputnik Azərbaycan
İqtisadçının fikrincə, xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. Azərbaycanda ərzaq inflyasiyasının artmasına təsir... 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T11:59+0400
2021-09-26T11:59+0400
2021-09-26T11:59+0400
xəbərlər
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6.25%-dən 6.5%-ə qaldırıb. Bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi və s. nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.Uçot dərəcəsinin qaldırılması inflyasiyanın artmasının qarşısını ala bilərmi? Uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq mümkündürmü?İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, mərkəzi bankların faiz dərəcələri makroiqtisadi göstəricilər üçün önəmli amillərdən biridir. Dünya ölkələrində bu alətdən geniş istifadə olunur. Azərbaycanda isə bəzi iqtisadi institutların, o cümlədən qiymətli kağızlar bazarının tam formalaşmamasına görə uçot dərəcəsinin makroiqtisadi göstəricilərə birbaşa korrelyasiyası yoxdur. Çünki öncəki illərdə də uçot dərəcəsinin çox aşağı olan (məsələn, 3 faiz) dövründə inflyasiya göstəriciləri, kredit faizləri indikilərə yaxın olub. Sonra uçot dərəcəsi 15 faizə qədər qalxdı, yenə də bunun nə inflyasiya göstəricilərinə, nə də kredit faizlərinə birbaşa ciddi təsiri oldu. Uçot dərəcəsinin inflyasiya göstəricilərinə dolayı təsirləri var, amma əsasən inkişaf etmiş ölkələrdə olduğu kimi birbaşa təsirləri olmur. Ona görə də uçot dərəcəsinin 0,25 faiz artırılmasının inflyasiya ilə bağlı baş verən proseslərə birbaşa təsir edəcəyini söyləmək mümkün deyil. Çünki inflyasiya yaradan amillər fərqlidir."Ona görə də sırf uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq və nəzarət altına almaq indiki şəraitdə o qədər də mümkün olmayacaq. Lakin bunun dolayı təsirləri mümkündür və ən azından inflyasiya təzyiqlərini azaltmağa xidmət edə bilər", - deyə o bildirib.İqtisadçının sözlərinə görə, ərzaq inflyasiyasının bir neçə səbəbi var: "Dünyada ərzaq qiymətlərinin bahalaşması sürətlə gedir. Ərzaq indeksi dünyada son 1 ildə 10 faizə yaxın artıb və bizim idxaldan asılılığımız var. Ona görə də xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarında qiymət artımına təsir göstərir. Amma daxildən qaynaqlanan problemlər də var. Məsələn, dizel yanacağının qiymətinin artması yerli məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da qiymət artımında mühüm rol oynayan amilə çevrilib. Fermerlər üçün dizel yanacağının kompensasiyası ilə bağlı yeni yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Məsələn, Türkiyədə dizel 6 lirə civarında satılır, amma aqrar sahədə çalışanlara təxminən 2 lirəyə təqdim olunur. Yəni ciddi güzəştlər var. Bizdə buna bənzər güzəştlərin həyata keçirilməsi bazarda qiymətin tənzimlənməsində rol oynaya bilər. Nəticədə xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. ərzaq inflyasiyasının artmasına təsir göstərib".Onun fikrincə, bizdə inflyasiyanın hesablanma qaydalarında da müəyyən problemlər var. Buna görə də çox zaman rəsmi inflyasiya ilə real inflyasiya rəqəmləri arasında təzadları görmək mümkün olur. Bu, əsasən də ərzaq inflyasiyasında daha tez nəzərə çarpır. Digər tərəfdən, bizdə alternativ inflyasiya hesablama institutları və mexanizmləri yoxdur. Bir çox ölkələrdə inflyasiyanın hesablanması təkcə dövlət tərəfindən deyil, QHT-lər, həmkarlar təşkilatları, istehsalçılar və istehlakçılar birlikləri tərəfindən də ayrıca hesablanır. Bu da rəqəmləri müqayisə etməyə imkan yaradır.Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.İnflyasiya prosesləriRəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil edib.Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlib, illik ərzaq inflyasiyası 7.8% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olub. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlib.Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0.3%, xidmətlər üzrə 0.2% yüksəlib. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6.4% təşkil edib.İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyllidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artıb. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.Ümumilikdə illik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil edib.Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilirİnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artıb, qeyri-neft sənayesində və xidmətdə isə azalıb. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşıb.Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
Bütün dünya hədəflərdən sapıb: faizlərin qaldırılması inflyasiyanın qarşısını alacaqmı?
İqtisadçının fikrincə, xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. Azərbaycanda ərzaq inflyasiyasının artmasına təsir göstərib.
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6.25%-dən 6.5%-ə qaldırıb. Bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi və s. nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.
Uçot dərəcəsinin qaldırılması inflyasiyanın artmasının qarşısını ala bilərmi? Uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq mümkündürmü?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, mərkəzi bankların faiz dərəcələri makroiqtisadi göstəricilər üçün önəmli amillərdən biridir. Dünya ölkələrində bu alətdən geniş istifadə olunur. Azərbaycanda isə bəzi iqtisadi institutların, o cümlədən qiymətli kağızlar bazarının tam formalaşmamasına görə uçot dərəcəsinin makroiqtisadi göstəricilərə birbaşa korrelyasiyası yoxdur. Çünki öncəki illərdə də uçot dərəcəsinin çox aşağı olan (məsələn, 3 faiz) dövründə inflyasiya göstəriciləri, kredit faizləri indikilərə yaxın olub. Sonra uçot dərəcəsi 15 faizə qədər qalxdı, yenə də bunun nə inflyasiya göstəricilərinə, nə də kredit faizlərinə birbaşa ciddi təsiri oldu. Uçot dərəcəsinin inflyasiya göstəricilərinə dolayı təsirləri var, amma əsasən inkişaf etmiş ölkələrdə olduğu kimi birbaşa təsirləri olmur. Ona görə də uçot dərəcəsinin 0,25 faiz artırılmasının inflyasiya ilə bağlı baş verən proseslərə birbaşa təsir edəcəyini söyləmək mümkün deyil. Çünki inflyasiya yaradan amillər fərqlidir.
"Ona görə də sırf uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq və nəzarət altına almaq indiki şəraitdə o qədər də mümkün olmayacaq. Lakin bunun dolayı təsirləri mümkündür və ən azından inflyasiya təzyiqlərini azaltmağa xidmət edə bilər", - deyə o bildirib.
İqtisadçının sözlərinə görə, ərzaq inflyasiyasının bir neçə səbəbi var: "Dünyada ərzaq qiymətlərinin bahalaşması sürətlə gedir. Ərzaq indeksi dünyada son 1 ildə 10 faizə yaxın artıb və bizim idxaldan asılılığımız var. Ona görə də xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarında qiymət artımına təsir göstərir. Amma daxildən qaynaqlanan problemlər də var. Məsələn, dizel yanacağının qiymətinin artması yerli məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da qiymət artımında mühüm rol oynayan amilə çevrilib. Fermerlər üçün dizel yanacağının kompensasiyası ilə bağlı yeni yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Məsələn, Türkiyədə dizel 6 lirə civarında satılır, amma aqrar sahədə çalışanlara təxminən 2 lirəyə təqdim olunur. Yəni ciddi güzəştlər var. Bizdə buna bənzər güzəştlərin həyata keçirilməsi bazarda qiymətin tənzimlənməsində rol oynaya bilər. Nəticədə xarici amillər və daxili amillər - rəqabətsizlik mühiti, dizelin bahalaşması və s. ərzaq inflyasiyasının artmasına təsir göstərib".
Onun fikrincə, bizdə inflyasiyanın hesablanma qaydalarında da müəyyən problemlər var. Buna görə də çox zaman rəsmi inflyasiya ilə real inflyasiya rəqəmləri arasında təzadları görmək mümkün olur. Bu, əsasən də ərzaq inflyasiyasında daha tez nəzərə çarpır. Digər tərəfdən, bizdə alternativ inflyasiya hesablama institutları və mexanizmləri yoxdur. Bir çox ölkələrdə inflyasiyanın hesablanması təkcə dövlət tərəfindən deyil, QHT-lər, həmkarlar təşkilatları, istehsalçılar və istehlakçılar birlikləri tərəfindən də ayrıca hesablanır. Bu da rəqəmləri müqayisə etməyə imkan yaradır.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.
Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.
Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil edib.
Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlib, illik ərzaq inflyasiyası 7.8% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olub. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlib.
Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0.3%, xidmətlər üzrə 0.2% yüksəlib. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5%, xidmətlər üzrə isə 6.4% təşkil edib.
İstehsalçı qiymətləri indeksi də ümumilikdə artıma meyllidir. Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artıb. Qeyd olunanlar onu göstərir ki, xarici və daxili xərc amillərinin qiymətlərə ötürücülüyü iqtisadiyyatın sahələri üzrə fərqlənir. Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir.
Ümumilikdə illik inflyasiyanın yüksəlmə meylini şərtləndirən amillərə dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin dinamikası, ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, ertələnmiş tələbin fəallaşması, dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılması aiddir.
Hazırda dünyanın əksər ölkələrində inflyasiyanın yüksəlməsi və qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, avqustda illik inflyasiya səviyyəsi Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil edib.
Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir
İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri avqustda əvvəlki aya nəzərən ticarət və tikinti sektorlarında artıb, qeyri-neft sənayesində və xidmətdə isə azalıb. Xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda qiymət gözləntiləri artım zonasında qərarlaşıb.
Əsasən xarici və daxili xərc amillərinin təsiri nəzərə alınmaqla sentyabrda 2021-ci ilin sonuna inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.