https://sputnik.az/20210926/Briyyt-nv-silah-il-mhv-edilmy-yaxndr---BMT-ba-katibi--428023468.html
Bəşəriyyət nüvə silahı ilə məhv edilməyə yaxındır - BMT baş katibi
Bəşəriyyət nüvə silahı ilə məhv edilməyə yaxındır - BMT baş katibi
Sputnik Azərbaycan
BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, nüvə münaqişəsi buludlarını əbədi olaraq dağıtmağın vaxtı gəlib. 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T16:15+0400
2021-09-26T16:15+0400
2021-11-16T20:30+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/42289/46/422894670_0:320:3072:2048_1920x0_80_0_0_9fad3b8efdb82bdf76d2acb420401569.jpg
BAKI, 26 sentyabr - Sputnik. Dünya əvvəlki kimi bəşəriyyətin nüvə silahı ilə məhv olması təhlükəsinə yaxındır.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib.Onun sözlərinə görə, hazırda planetimizdə 14 min vahid nüvə silahı saxlanılır. BTM-nin Baş katibi nüvə fəlakətindən qaçmaq üçün ölkələri bu məsələnin həllində konstruktiv tədbirlərə keçməyə çağırıb."Nüvə münaqişəsi buludlarını birdəfəlik dağıtmaq, dünyamızı nüvə silahlarından təmizləmək və yeni bir inam və sülh dövrü yaratmağın vaxtı gəlib çatıb", - deyə o özünün Twitter səhifəsində yazıb.Qeyd edək ki, sentyabrın 26-ı bütün dünyada Nüvə Silahlarının Tamamilə Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 5 dekabr 2013 -cü il tarixində insanların nüvə silahının təhlükəsi ilə bağlı məlumatlılıq və maarifləndirmə səviyyəsini artırmaq, eləcə də bu təhlükədən birdəfəlik qurtulmağın vacibliyini vurğulamaq məqdəsi ilə təsis olunub.Taliban* digər terrorçu qruplaşmaları ilhamlandıra bilər. Quterreş bir müddət əvvəl demişdi ki, Taliblərin Əfqanıstandan bu qədər az müddət ərzində hakimiyyətə gəlməsi dünyanın digər yerlərindəki terrorçu qruplaşmalarını ilhamlandıra bilər. "Mən dünyanın müxtəlif yerlərində gördüklərimizdən ciddi şəkildə narahatam. Talibanın* Əfqanıstanda qalib gəlməsi faktı dünyanın digər yerlərindəki terrorçu qruplaşmalarına ruh yüksəkliyi verə bilər. Hətta onlar Talibandan* fərqlənsələr də. Mən onların oxşar olduqlarını demirəm", - deyə Quterreş bildirib.*Rusiyada və digər ölkələrdə fəaliyyəti qadağan olunmuş terrorçu təşkilatHəmçinin oxuyun: * Quterreş taliblərin hakimiyyətə gəlməsinin mümkün nəticələrini dilə gətirib* BMT baş katibi İlham Əliyevin təşəbbüslərini yüksək qiymətləndirib
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42289/46/422894670_222:0:2953:2048_1920x0_80_0_0_a0724aa37e27f314fb3f78a22f4f55f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Bəşəriyyət nüvə silahı ilə məhv edilməyə yaxındır - BMT baş katibi
16:15 26.09.2021 (Yenilənib: 20:30 16.11.2021) BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, nüvə münaqişəsi buludlarını əbədi olaraq dağıtmağın vaxtı gəlib.
BAKI, 26 sentyabr - Sputnik. Dünya əvvəlki kimi bəşəriyyətin nüvə silahı ilə məhv olması təhlükəsinə yaxındır.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib.
Onun sözlərinə görə, hazırda planetimizdə 14 min vahid nüvə silahı saxlanılır. BTM-nin Baş katibi nüvə fəlakətindən qaçmaq üçün ölkələri bu məsələnin həllində konstruktiv tədbirlərə keçməyə çağırıb.
"Nüvə münaqişəsi buludlarını birdəfəlik dağıtmaq, dünyamızı nüvə silahlarından təmizləmək və yeni bir inam və sülh dövrü yaratmağın vaxtı gəlib çatıb", - deyə o özünün Twitter səhifəsində yazıb.
Qeyd edək ki, sentyabrın 26-ı bütün dünyada Nüvə Silahlarının Tamamilə Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 5 dekabr 2013 -cü il tarixində insanların nüvə silahının təhlükəsi ilə bağlı məlumatlılıq və maarifləndirmə səviyyəsini artırmaq, eləcə də bu təhlükədən birdəfəlik qurtulmağın vacibliyini vurğulamaq məqdəsi ilə təsis olunub.
Taliban* digər terrorçu qruplaşmaları ilhamlandıra bilər.
Quterreş bir müddət əvvəl demişdi ki, Taliblərin Əfqanıstandan bu qədər az müddət ərzində hakimiyyətə gəlməsi dünyanın digər yerlərindəki terrorçu qruplaşmalarını ilhamlandıra bilər.
"Mən dünyanın müxtəlif yerlərində gördüklərimizdən ciddi şəkildə narahatam. Talibanın* Əfqanıstanda qalib gəlməsi faktı dünyanın digər yerlərindəki terrorçu qruplaşmalarına ruh yüksəkliyi verə bilər. Hətta onlar Talibandan* fərqlənsələr də. Mən onların oxşar olduqlarını demirəm", - deyə Quterreş bildirib.
*Rusiyada və digər ölkələrdə fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat