https://sputnik.az/20210926/Ayasofyada-Azrbaycan-hidlrinin-ruhuna-sbh-namaz-qlnb-428022979.html
Ayasofyada Azərbaycan şəhidlərinin ruhuna namazı qılınıb
Ayasofyada Azərbaycan şəhidlərinin ruhuna namazı qılınıb
Sputnik Azərbaycan
Türkiyənin İstanbul və Ankara şəhərlərində 44 günlük Vətən Müharibəsinin şəhidlərinin anım mərasimi keçirilib. 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T18:16+0400
2021-09-26T18:16+0400
2021-09-26T17:44+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1a/428023030_0:212:1200:890_1920x0_80_0_0_f5cdc925c12a7d4f01f21b1fdc29cb79.jpg
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar sentyabrın 26-da İstanbulda anım mərasimi keçirilib.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən mərasim çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.Sonra Ayasofya məscidinin qarşısında Türkiyə gəncləri adından yerli və xarici media qurumlarına bəyanat səsləndirilib.Bəyanatda İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə qazanılan şanlı Zəfərin tarixə qızıl hərflərlə yazıldığı, qardaş Türkiyənin həmişə olduğu kimi, bu savaşda da ölkəmizin yanında yer aldığı xatırlanıb.Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zamanda Azərbaycanın Qələbəsi ilə başa çatmasının əsas səbəbi Prezident İlham Əliyevin qətiyyəti və sərkərdəlik qabiliyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşını heç vaxt tək qoymadığını söyləyib.Türkiyə və Azərbaycan qardaşlığının tarix boyunca çətin sınaqlardan keçməsinin vurğulandığı bəyanatda bildirilib ki, 103 il əvvəl - 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycan tarixində mühüm yeri var. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, Türk ordusunun Bakıya gəlişi və şəhəri erməni quldur dəstələrinin hücumlarından xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı bu çətin dövrdə türk xalqının köməyini heç vaxt unutmayacaq”.“Bu tarixi bağın davamı kimi Azərbaycan və Türkiyə prezidentləri bir-birinə “qardaş” deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımızda qürur, düşmənlərimizdə qorxu hissi yaradır. Vətən müharibəsində qazanılan Qələbə bölgədə güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan ilə Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi kimi tarixə düşüb. Bu birlik siyasətdən daha üstün, mənəvi birlikdir. Bu birlik tarixə qızıl hərflərlə yazılmış qardaşlıqdır. Can Azərbaycanın yanında olmaqda davam edəcəyik.Bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz və əbədi birlik olduğuna bir daha şahidlik etdi. Şanlı Qarabağ Zəfəri uğrunda canından, qanından keçən şəhidlərimizi hörmət və minnətdarlıqla anır, bir daha “Bir millət, iki dövlət” deyirik”, - deyə Türkiyənin Gənclik Vəqfinin bəyanatında bildirilib.Ankarada anım günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü ilə əlaqədar Türkiyənin Ankara şəhərində mərasim keçirilib.Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, deputatlar, Türkiyədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.Ankarada fəaliyyət göstərən Azərbaycan Evində keçirilən mərasimdə, əvvəlcə, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsinin, eyni zamanda, hər iki ölkənin azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan rəşadətli Zəfər barədə iştirakçılara müfəssəl məlumat verilib.Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib. Təkrar-təkrar vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq.Sonra iştirakçılar İkinci Qarabağ müharibəsinin əzəmətli döyüş səhnələri, Azərbaycan xalqının Vətən uğrunda birliyi və sair mühüm məramları əks etdirən fotosərgi ilə tanış olublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1a/428023030_0:146:1200:900_1920x0_80_0_0_e4bb971f96770466a06747ebe4382c11.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Ayasofyada Azərbaycan şəhidlərinin ruhuna namazı qılınıb
Türkiyənin İstanbul və Ankara şəhərlərində 44 günlük Vətən Müharibəsinin şəhidlərinin anım mərasimi keçirilib.
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar sentyabrın 26-da İstanbulda anım mərasimi keçirilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən mərasim çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.
Sonra Ayasofya məscidinin qarşısında Türkiyə gəncləri adından yerli və xarici media qurumlarına bəyanat səsləndirilib.
Bəyanatda İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə qazanılan şanlı Zəfərin tarixə qızıl hərflərlə yazıldığı, qardaş Türkiyənin həmişə olduğu kimi, bu savaşda da ölkəmizin yanında yer aldığı xatırlanıb.
Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zamanda Azərbaycanın Qələbəsi ilə başa çatmasının əsas səbəbi Prezident İlham Əliyevin qətiyyəti və sərkərdəlik qabiliyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşını heç vaxt tək qoymadığını söyləyib.
Türkiyə və Azərbaycan qardaşlığının tarix boyunca çətin sınaqlardan keçməsinin vurğulandığı bəyanatda bildirilib ki, 103 il əvvəl - 1918-ci ildə Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycan tarixində mühüm yeri var. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, Türk ordusunun Bakıya gəlişi və şəhəri erməni quldur dəstələrinin hücumlarından xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı bu çətin dövrdə türk xalqının köməyini heç vaxt unutmayacaq”.
“Bu tarixi bağın davamı kimi Azərbaycan və Türkiyə prezidentləri bir-birinə “qardaş” deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımızda qürur, düşmənlərimizdə qorxu hissi yaradır. Vətən müharibəsində qazanılan Qələbə bölgədə güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan ilə Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi kimi tarixə düşüb. Bu birlik siyasətdən daha üstün, mənəvi birlikdir. Bu birlik tarixə qızıl hərflərlə yazılmış qardaşlıqdır. Can Azərbaycanın yanında olmaqda davam edəcəyik.
Bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz və əbədi birlik olduğuna bir daha şahidlik etdi. Şanlı Qarabağ Zəfəri uğrunda canından, qanından keçən şəhidlərimizi hörmət və minnətdarlıqla anır, bir daha “Bir millət, iki dövlət” deyirik”, - deyə Türkiyənin Gənclik Vəqfinin bəyanatında bildirilib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr - Anım Günü ilə əlaqədar Türkiyənin Ankara şəhərində mərasim keçirilib.
Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, deputatlar, Türkiyədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Ankarada fəaliyyət göstərən Azərbaycan Evində keçirilən mərasimdə, əvvəlcə, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, 44 günlük Vətən müharibəsinin, eyni zamanda, hər iki ölkənin azadlığı uğrunda canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan rəşadətli Zəfər barədə iştirakçılara müfəssəl məlumat verilib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib. Təkrar-təkrar vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç vaxt unutmayacaq.
Sonra iştirakçılar İkinci Qarabağ müharibəsinin əzəmətli döyüş səhnələri, Azərbaycan xalqının Vətən uğrunda birliyi və sair mühüm məramları əks etdirən fotosərgi ilə tanış olublar.