https://sputnik.az/20210926/Almaniyada-sekilr-Merkelin-bloku-sosial-demokratlara-uduzur-427980742.html
Almaniyada seçkilər: Merkelin bloku sosial-demokratlara uduzur
Almaniyada seçkilər: Merkelin bloku sosial-demokratlara uduzur
Sputnik Azərbaycan
Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək. 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T22:43+0400
2021-09-26T22:43+0400
2021-11-16T20:30+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/41102/12/411021258_0:0:4734:2676_1920x0_80_0_0_60ce06528912ea0bc2812fc2c1c8c816.jpg
BAKI, 26 sentyabr — Sputnik. Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir.Sputnik Azərbaycan xəbər verir ki, ZDF telekanalında yayımlanan ilkin ekzitpol məlumatlarına görə, Almaniya mühafizəkarlar partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.Koronavirus pandemiyası seçki qaydalarına da müəyyən düzəlişlər edib: bu dəfə səs vermək istəyənlərin yanında şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, tibbi maska da olmalıdır.Seçkinin nəticəsi əsasında başında yeni kanslerin duracağı növbəti Almaniya hökuməti formalaşacaq. Qeyd edək ki, Angela Merkel növbəti mərhələ üçün bu vəzifəyə iddia etmir.İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var. Bəzi proqnozlara görə, Bundestaqda altı partiya təmsil olunacaq.Daha əvvəl exit-poll-un nəticəsinin seçki məntəqələri saat 18.00-da bağlanandan qısa müddət sonra elan olunacağı bildirilib. Qeyd edək ki, seçki gün Berlində asayişi təmin etmək üçün təxminən 1,8 min polis əməkdaşı cəlb olunub.Həmçinin oxuyun:* Almaniyada parlament seçkisi: Berlinə iki minə yaxın polis cəlb olundu
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/12/411021258_0:0:4717:2965_1920x0_80_0_0_9e1b49cfffb1d94b3d8f5f460d830906.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər, dünya
Almaniyada seçkilər: Merkelin bloku sosial-demokratlara uduzur
22:43 26.09.2021 (Yenilənib: 20:30 16.11.2021) Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.
BAKI, 26 sentyabr — Sputnik. Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir.
Sputnik Azərbaycan xəbər verir ki, ZDF telekanalında yayımlanan ilkin ekzitpol məlumatlarına görə, Almaniya mühafizəkarlar partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.
Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.
Koronavirus pandemiyası seçki qaydalarına da müəyyən düzəlişlər edib: bu dəfə səs vermək istəyənlərin yanında şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, tibbi maska da olmalıdır.
Seçkinin nəticəsi əsasında başında yeni kanslerin duracağı növbəti Almaniya hökuməti formalaşacaq. Qeyd edək ki, Angela Merkel növbəti mərhələ üçün bu vəzifəyə iddia etmir.
İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var. Bəzi proqnozlara görə, Bundestaqda altı partiya təmsil olunacaq.
Daha əvvəl exit-poll-un nəticəsinin seçki məntəqələri saat 18.00-da bağlanandan qısa müddət sonra elan olunacağı bildirilib.
Qeyd edək ki, seçki gün Berlində asayişi təmin etmək üçün təxminən 1,8 min polis əməkdaşı cəlb olunub.