https://sputnik.az/20210926/Almaniyada-parlament-sekisi-Berlin-iki-min-yaxn-polis-clb-olundu-428022205.html
Almaniyada parlament seçkisi: Berlinə iki minə yaxın polis cəlb olundu
Almaniyada parlament seçkisi: Berlinə iki minə yaxın polis cəlb olundu
Sputnik Azərbaycan
İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə... 26.09.2021, Sputnik Azərbaycan
2021-09-26T13:48+0400
2021-09-26T13:48+0400
2021-11-16T20:30+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/42206/13/422061364_0:12:3068:1746_1920x0_80_0_0_c5e9204639667da8386834b3f97aed92.jpg
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Almaniyada parlament seçkisinə səsvermə başlayıb, ölkənin seçki məntəqələri bu məqsədlə səhər saatlarından fəaliyyətdədir.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, koronavirus pandemiyası seçki qaydalarına da müəyyən düzəlişlər edib: bu dəfə səs vermək istəyənlərin yanında şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, tibbi maska da olmalıdır.Seçkinin nəticəsi əsasında başında yeni kanslerin duracağı növbəti Almaniya hökuməti formalaşacaq. Qeyd edək ki, Angela Merkel növbəti mərhələ üçün bu vəzifəyə iddia etmir.İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var. Bəzi proqnozlara görə, Bundestaqda altı partiya təmsil olunacaq.Exit-poll-un nəticəsi seçki məntəqələri saat 18.00-da bağlanandan qısa müddət sonra elan olunacaq.Qeyd edək ki, seçki gün Berlində asayişi təmin etmək üçün təxminən 1,8 min polis əməkdaşı cəlb olunub. Bu barədə Berlin Baş Polis İdarəsinin rəsmi "Twitter" saytında məlumat verilib.İdarədən daha əvvəl "hadisələrin hər cür inkişafına hazır olduqlarını və bütün mümkün münaqişələrin qarşısının alınacağını" bildirmişdilər.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42206/13/422061364_0:0:3068:1928_1920x0_80_0_0_daa8aab7fb4137c09c7d9d6a63caf612.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Almaniyada parlament seçkisi: Berlinə iki minə yaxın polis cəlb olundu
13:48 26.09.2021 (Yenilənib: 20:30 16.11.2021) İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var.
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Almaniyada parlament seçkisinə səsvermə başlayıb, ölkənin seçki məntəqələri bu məqsədlə səhər saatlarından fəaliyyətdədir.
Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, koronavirus pandemiyası seçki qaydalarına da müəyyən düzəlişlər edib: bu dəfə səs vermək istəyənlərin yanında şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, tibbi maska da olmalıdır.
Seçkinin nəticəsi əsasında başında yeni kanslerin duracağı növbəti Almaniya hökuməti formalaşacaq. Qeyd edək ki, Angela Merkel növbəti mərhələ üçün bu vəzifəyə iddia etmir.
İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var. Bəzi proqnozlara görə, Bundestaqda altı partiya təmsil olunacaq.
Exit-poll-un nəticəsi seçki məntəqələri saat 18.00-da bağlanandan qısa müddət sonra elan olunacaq.
Qeyd edək ki, seçki gün Berlində asayişi təmin etmək üçün təxminən 1,8 min polis əməkdaşı cəlb olunub. Bu barədə Berlin Baş Polis İdarəsinin rəsmi "Twitter" saytında məlumat verilib.
İdarədən daha əvvəl "hadisələrin hər cür inkişafına hazır olduqlarını və bütün mümkün münaqişələrin qarşısının alınacağını" bildirmişdilər.