Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçəri şəhərin qala divarları təmizlənib

© Sputnik / Murad OrujovУлица в Ичери-шехер
Улица в Ичери-шехер  - Sputnik Azərbaycan, 1920, 25.09.2021
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu: zaman-zaman çox hadisələrə şahidlik etmiş, əsrlərdən bizə yadigar qalan bu tarixi möcüzəni qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
BAKI, 25 sentyabr — Sputnik. İçərişəhərin binaları, abidələri və divarlar üzərində cızıqları, yazıları təmizləmək, tikililərin tarixiliyini və zahiri görünüşünü qoruyub saxlamaq üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə iməcilik keçirilib. Bu barədə Sputnik Azərbaycan-a “İçərişəhər”DTMQ İdarəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Məlumatda deyilir:
"İçərişəhər Bakımızın simvolu, qədimliklə müasirliyi özündə birləşdirən, Qala divarları ilə əhatə olunan, yaşı əsrlərlə ölçülən tarixi şəhərimizdir. Qala divarları keçmişlə müasirlik arasında bir sədd rolunu oynayır. Burada ən xırda əşya belə qədimlikdən xəbər verir. Zaman-zaman çox hadisələrə şahidlik etmiş, əsrlərdən bizə yadigar qalan bu tarixi möcüzəni qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Əfsuslar olsun ki, son zamanlar İçərişəhərin binaları, abidələri, divarları üzərində vandalcasına yazılar yazılır, divarlar cızılır, çirkləndirilir. Cızılan, yazılan divarları təmizləmək, tikililərin tarixiliyini və zahiri görünüşünü qoruyub saxlamaqla aparılan bərpa işləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qarşısında duran mühüm məsələlərdəndir. Amma bu kimi məsələlərdə vətəndaşlar da dövlət qurumları ilə həmrəylik göstərəndə hədəfə daha tez çatmaq olur. Məhz bu səbəbdən də İdarə tərəfindən Qoruğun ərazisində olan çoxsaylı binalar, abidələr, tarixi yerlərə və onların qorunmasının vacibliyinə diqqəti artırmaq üçün 25 sentyabr tarixində İdarə tərəfindən iməcilik təşkil olunub”. İməcilik zamanı İçərişəhərin bir çox küçələrində binalar, divarlar üzərində vandallar tərəfindən edilən yazılar, cızığlar və sair xoşagəlməz əməllərin nəticələrinin aradan qaldırılmasına başlanılıb. Qeyd olunur ki, bu kimi sosial layihələr davamlı olacaq və əsas məqsəd də ictimaiyyətin diqqətinin İçərişəhər ərazisindəki vandalizm probleminə yönəltməkdir. İməciliyə İdarənin rəhbərliyi və əməkdaşları ilə yanaşı yerli sakinlər və bir sıra yerli internet fəalları da həmçinin qoşulub: “Hamımızın əsas məqsədi tariximizin canlı şahidi olan İçərişəhəri vətəndaşlara daha yaxın və əziz etmək, onun tarixiliyinin qorunması və abadlaşdırılmasında hər kəsin payının olmasını hiss etdirməkdir. Hesab edirik ki, ərazidəki bənzərsiz abidələrin, çoxsaylı tikililərin insan müdaxiləsinə məruz qalmaması, onların tarixi görkəminə zərər yetirilmədən gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın vəzifəsidir. Bu məqsədə çatmaqda, tariximizin hifz olunmasının əhəmiyyətinin ictimaiyyətə aşılanmasında bizə qoşulacağınıza əminik!”.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала