https://sputnik.az/20210925/Polis-vtnda-uaqlarnn-gz-qarsnda-dyb---Rsmi-aqlama-428014316.html
Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama
Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama
Sputnik Azərbaycan
DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər... 25.09.2021, Sputnik Azərbaycan
2021-09-25T10:58+0400
2021-09-25T10:58+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
hadisə
polis
vətəndaş
məktəb
döyülmə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42125/14/421251475_0:212:1977:1324_1920x0_80_0_0_5c92b7f2f5c9cb1f6e2a7f34159edc79.jpg
BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb."Ərazidə olan yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42125/14/421251475_0:27:1977:1509_1920x0_80_0_0_a24861f9d203e5e0496583c0384d22d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, polis, vətəndaş, məktəb, döyülmə, azərbaycan
xəbərlər, polis, vətəndaş, məktəb, döyülmə, azərbaycan
Polis vətəndaşı uşaqlarının gözü qarşısında döyüb? - Rəsmi açıqlama
10:58 25.09.2021 (Yenilənib: 00:05 17.11.2021) DİN bildiri ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.
BAKI, 25 sentyabr — Sputnik. Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru
Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər:
“Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.
E.Hacıyev onu da bildirib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil:
“Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”.
Baş Dövlət Yol Polisi İdarəsindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "Opel Astra" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlayaraq digər hərəkət iştirakçılarına maneə yaradıb.
"Ərazidə olan yol polisləri sürücüyə bir neçə dəfə xəbərdarlıq etsələr də o, bu xəbərdarlıqlara məhəl qoymayıb. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və xidməti vəzifələrini icra edən polis əməkdaşlarını təhqir etməyə başlayıb. Hətta o, başını divara çırparaq yol polislərinin onu döydüyü görüntüsünü yaratmağa çalışıb. Yol polisləri isə ona özünə xəsarət verməyə imkan verməyərək polisin xəbərdarlığına məhəl qoymayan sürücünü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə təhvil veriblər".