Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Masallı Sənaye Məhəlləsində KİV nümayəndələri üçün infotur

© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsi
Masallı sənaye məhəlləsi - Sputnik Azərbaycan, 1920, 25.09.2021
İndiyədək rezidentlər tərəfindən 4,4 milyon manatlıq məhsul istehsal olunaraq daxili bazarlarda satışa çıxarılıb.
BAKI, 25 sentyabr - Sputnik. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi 24 sentyabr tarixində Masallı Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, məşğulluğun təmin edilməsində sənaye parkları və məhəllələri önəmli mexanizmləridir. Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini Araz Quliyev Sputnik Azərbaycan-a rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı artırıldığını bildirdi:
“Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq innovativ və müasir texnologiyalara əsaslanan sənaye müsəssisələri yaradılır. Qeyri-neft sənayesinin davamlı inkişafına tövhə vermək üçün regionlarda sahibkarlığın inkişaf etdirilməsində, məşğulluğun təmin olunmasında sənaye zonalarının rolu mühümdür. Sənaye məhəllələrində 36 rezident qeydiyyatdan keçib, bunlardan 16-sı fəaliyyətdədir. Sahibkarlar tərəfindən sənaye məhəllələrinə indiyə qədər 74 milyon manata yaxın investisiya yatırılmışdır. Növbəti mərhələdə əlavə 43 milyon manat investisiyanın yatırılması gözlənilir, bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına şərait yaradır. İndiyə qədər rezidentlər tərəfindən 109 milyon manatlıq məhsul istehsal olunaraq daxili bazarı təmin etmək üçün satışa çıxarılmışdır. Masallı Sənaye Məhəlləsi Cənab Prezidentin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 18 sentyabr 2018-ci il tarixində Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.  Masallı Sənaye Məhəlləsində 9 rezident qeydiyyatdan keçib və məhəllə 10 hektar ərazini əhatə edir. Hal-hazırda 9 rezidentdən 7-si fəaliyyət göstərir. Sənaye məhəlləsinə sahibkarlar tərəfindən 2,4 milyon manat vəsait yatırılıb. Növbəti mərhələdə 11,4 milyon manat vəsaitin yatırılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsində indiyədək rezidentlər tərəfindən 4,4 milyon manatlıq məhsul istehsal olunaraq daxili bazarlarda satışa çıxarılıb.”
© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsində dam örtükləri istehsalı
Masallı sənaye məhəlləsi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı
Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur yaradılıb, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir. Dam örtükləri və aksesuarları istehsal edən şirkətin nümayəndəsi KİV nümayəndələrinə məlumat verilib ki, illik istehsal gücü 1000 ton olan müəssisəsinin investisiya dəyəri 500 min manatdır. Zavodda 6 yeni iş yeri yaradılıb.  Dam örtükləri istehsal sexinin rəisi Niyaməddin Səlimli sexdə ölçüsündən asılı olaraq gün ərzində 200-300 kvadrat metr kəsilib hazırlandığını bildirdi:
“Bizim işimiz dam örtükləri istehsalıdır. Seximizdə hər növ və hər ölçüdə dam örtükləri kəsilib hazırlanır. Məhsullarımız ölkə ərazisində satılır və bütün bölgələrə çıxışımız var. Bütün bölgələr bizdən örtük alır, uyğun ölçülərdə kəsilib verilir. İşçilər üçün hər cür şərait yaradılıb. Burada olan avadanlıqlar hamı bizim özümüzündür. Hal-hazırda burada 6 nəfər işçi qüvvəmiz var və gündəlik bəzən 400-500 kvadrat metr dam örtüyü istehsal edə bilirik.”
Media mənsubları “Foriella” MMC-nin döşək və metal yay hissələri istehsalı müəssisəsində də olublar. Məlumat verilib ki, müəssisənin yaradılmasına 1,2 milyon manat investisiya qoyulub. Layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Şirkətin istehsal rəisi Rasim Ağaverdiyev çalışdığı şirkət müasir avadanlıqlarla təmin olunduğunu dedi:
© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsində dam örtükləri istehsalı
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı - Sputnik Azərbaycan
1/5
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı
© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsində dam örtükləri istehsalı
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı - Sputnik Azərbaycan
2/5
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı
© Sputnik / Rahim MuradovTaxta kəsimi sexi
Taxta kəsimi sexi - Sputnik Azərbaycan
3/5
Taxta kəsimi sexi
© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsində yataq dəstlərinin hazırlanması
Masallı sənaye məhəlləsində yataq dəstlərinin hazırlanması - Sputnik Azərbaycan
4/5
Masallı sənaye məhəlləsində yataq dəstlərinin hazırlanması
© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsində yaylı yataq istehsalı
Masallı sənaye məhəlləsində yaylı yataq istehsalı - Sputnik Azərbaycan
5/5
Masallı sənaye məhəlləsində yaylı yataq istehsalı
1/5
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı
2/5
Masallı sənaye məhəlləsində dam örtükləri istehsalı
3/5
Taxta kəsimi sexi
4/5
Masallı sənaye məhəlləsində yataq dəstlərinin hazırlanması
5/5
Masallı sənaye məhəlləsində yaylı yataq istehsalı
“Azərbaycan Respublikası Prezidenti 18 sentyabr 2018-ci ildə açılışından sonra Masallı Sənaye Məhəlləsində fəailiyyət göstərən şirkətimiz fəaliyyətə başlayıb. Hazırda bu şirkət müasir avadanlıqlarla təmin olunub. İstehsalgücümüz sifarişlərə uyğun olaraq, aylıq tələbat 2500 ədəddir. Bu istehsal sahəsində yaylı yataq və eləcə də metal profillər hazırlanır ki, istehsal etdiyimiz məhsullar yüksək keyfiyyətli olduğu üçün daxili və xarici bazarlarda da satışa çıxarılır. Hətta Amerika Birləşmiş Ştatlarına da göndərilir. Hal-hazırda istehsal ərazimzdə 35 nəfər işçi qüvvəsi daimi işlə təmin olunub. Bu da möhtərəm Prezidentimizin siyasəti hesabınadır ki, rayonumuzun sakinləri işləmək üçün daha xaricə üz tutmur, elə burada evinin yaxınlığında işlə təmin olunub.”
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала