https://sputnik.az/20210925/Deputatlarmz-APA-nn-payiz-sessiyasnda-itirak-edcklr-428017017.html
Deputatlarımız AŞPA-nın payiz sessiyasında iştirak edəcəklər
Deputatlarımız AŞPA-nın payiz sessiyasında iştirak edəcəklər
Sputnik Azərbaycan
Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq. 25.09.2021, Sputnik Azərbaycan
2021-09-25T20:03+0400
2021-09-25T20:03+0400
2021-11-17T00:05+0400
xəbərlər
siyasət
aşpa
dünya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41713/75/417137537_0:255:3077:1985_1920x0_80_0_0_e316b1a8de70341cd99daadd8b054115.jpg
BAKI, 25 sentyabr — Sputnik. Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.Sputnik Azərbaycan-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.Tədbirdə nümayəndə heyətimizin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər. Səfər oktyabrın 2-də başa çatacaq.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41713/75/417137537_0:0:2731:2048_1920x0_80_0_0_2aeab38e45a6898bd207b72f8aaeba09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, aşpa, dünya, azərbaycan
xəbərlər, aşpa, dünya, azərbaycan
Deputatlarımız AŞPA-nın payiz sessiyasında iştirak edəcəklər
20:03 25.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.
BAKI, 25 sentyabr — Sputnik. Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.
Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.
Tədbirdə nümayəndə heyətimizin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.
Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər. Səfər oktyabrın 2-də başa çatacaq.