Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Fotobanka keçməkВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 25.09.2021
Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə edib.
BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının nümayəndələri ilə görüşüb. Bu barədəd Xarici İşlər nazirliyinin məlumatında deyilir.
Görüş zamanı Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olundu, gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən Ceyhun Bayramov əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirdi və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Azərbaycanın Vətən Müharibəsi və bu müharibənin nəticələri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.
Komitə nümayəndələri Azərbaycanda yaşayan yəhudilərə göstərilən xoş münasibət, diqqət və qayğıdan məmnunluq və bu xüsusda Azərbaycan hökuməti tərəfindən ölkənin yəhudi icmasına göstərilmiş dəstək və qayğıya görə təşəkkürünü ifadə ediblər. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.  
Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun:
Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала