https://sputnik.az/20210924/lkd-dmir-yolu-il-mntzm-srniin-damalar-brpa-edilir-428008882.html
Ölkədə dəmir yolu ilə müntəzəm sərnişin daşımaları bərpa edilir
Ölkədə dəmir yolu ilə müntəzəm sərnişin daşımaları bərpa edilir
Sputnik Azərbaycan
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil... 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T18:30+0400
2021-09-24T18:30+0400
2021-09-24T18:51+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962575_0:147:1939:1237_1920x0_80_0_0_b413bb38159c108948a94574f6412e0e.jpg
BAKI, 24 sentyabr - Sputnik. Ölkədə oktyabrın 1-dən etibarən şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları həyata keçiriləcək. Eyni zamanda dəmir yolları vasitəsilə sərnişindaşımaya qoyulan qadağa da aradan qaldırılıb. Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçiriləcək.Bu zaman yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.Həmçinin oxuyun: * Oktyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılacaq* Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir* Teatr və kinoteatrların fəaliyyəti bərpa edilir - Operativ Qərargah qərar verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/10/426962575_15:0:1738:1292_1920x0_80_0_0_45aa2555ab5c5e498c9677a5f946444e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Ölkədə dəmir yolu ilə müntəzəm sərnişin daşımaları bərpa edilir
18:30 24.09.2021 (Yenilənib: 18:51 24.09.2021) Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçiriləcək.
BAKI, 24 sentyabr - Sputnik. Ölkədə oktyabrın 1-dən etibarən şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları həyata keçiriləcək. Eyni zamanda dəmir yolları vasitəsilə sərnişindaşımaya qoyulan qadağa da aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçiriləcək.
Bu zaman yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.