İki gün keçmədi, Bakı məktəblərində yüksək temperatur qeydə alındı

© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Yüksək temperatur aşkarlanan şagirdlər sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdiriliblər.
BAKI, 24 sentyabr — Sputnik. Ötən gün məktəblərin girişində 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Sputnik Azərbaycan-a bu gün verilən məlumatda bildirilib. Qeyd olunub ki, şagirdlər sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdiriliblər.
BŞTİ-dən verilən məlumatda görülən işlər haqda məlumat verilib, qeyd olunub ki, təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin ediliblər.
BŞTİ-nin məlumatına görə, eyni zamanda məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib:
"İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir".
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала