https://sputnik.az/20210924/bundan-beter-rezillik-veten-muharibesi-istirakcisindan-ogurluq-sputnik-428005244.html
Bu rəzilliyi də gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub
Bu rəzilliyi də gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub
Sputnik Azərbaycan
Binə qəsəbəsində Vətən müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb. 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T17:38+0400
2021-09-24T17:38+0400
2021-11-17T00:05+0400
xəbərlər
hadisə
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424956158_0:0:3072:1728_1920x0_80_0_0_6be4e8794f29198fec0eb90414d05efd.jpg
BAKI, 24 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən "Xocavəndin azad olunmasına görə" medalının oğurlandığını bildirib.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, dəfələrlə məhkum olunan Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424956158_218:0:2949:2048_1920x0_80_0_0_9e50a75c64707300c9333c728e3983c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Bu rəzilliyi də gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub
17:38 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Binə qəsəbəsində Vətən müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb.
BAKI, 24 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən "Xocavəndin azad olunmasına görə" medalının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, dəfələrlə məhkum olunan
Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.