https://sputnik.az/20210924/bakida-post-COVD-tehsilin-dizayni-beynelxalq-konfrans-428002923.html
İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir
İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir
Sputnik Azərbaycan
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar. 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T12:06+0400
2021-09-24T12:06+0400
2021-11-17T00:05+0400
xəbərlər
elm
iqtisadiyyat
bakı
konfrans
sənaye
inqilab
təhsil
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_0:0:3068:1727_1920x0_80_0_0_38b4a44c57dccfb8a8a6b7d0f57b6947.jpg
BAKI, 24 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "Nizami Gəncəvi İli"nə həsr olunub.Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.Eyni zamanda, konfransda "Sənaye 4.0 və yeni təhsil texnologiyaları", "Bilik idarəçiliyi", "Rəqəmsal kənd təsərrüfatı", "İqtisadiyyatın rəqəmsallaşması", "Süni intellekt və etika", "Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir" və "Rəqəmsal dövrdə yeni peşələr" kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.Beynəlxalq spikerlər "Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması", "4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər", "4-cü Sənaye İnqilabı və "Əşyaların İnterneti" (IoT) üçün yeni bir təhsil yolu", "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427284130_215:0:2944:2047_1920x0_80_0_0_e899c56c6cd2134a99db7a903e832d1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, bakı, konfrans, sənaye, inqilab, azərbaycan
xəbərlər, bakı, konfrans, sənaye, inqilab, azərbaycan
İyirmidən çox ölkənin nümayəndəsi Bakıda təhsil dizaynını müzakirə edir
12:06 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.
BAKI, 24 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Turizm Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans "Nizami Gəncəvi İli"nə həsr olunub.
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilən tədbirdə dünyanın 20-dən çox ölkəsindən beynəlxalq və yerli ekspertlər həm də onlayn formatda təmsil olunurlar.
Dünyanın və Azərbaycanın aparıcı universitetlərinin, araşdırma mərkəzlərinin mütəxəssisləri və peşəkarlarının da təmsil olunduğu beynəlxalq konfrans rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri mövzularını əhatə edir.
Eyni zamanda, konfransda "Sənaye 4.0 və yeni təhsil texnologiyaları", "Bilik idarəçiliyi", "Rəqəmsal kənd təsərrüfatı", "İqtisadiyyatın rəqəmsallaşması", "Süni intellekt və etika", "Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir" və "Rəqəmsal dövrdə yeni peşələr" kimi mövzular 4 panel üzrə müzakirə ediləcək.
Konfransın işinə UNICEF, UNESCO, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin qoşulacağı gözlənilir.
Beynəlxalq spikerlər "Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması", "4-cü Sənaye İnqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər", "4-cü Sənaye İnqilabı və "Əşyaların İnterneti" (IoT) üçün yeni bir təhsil yolu", "Onlayn tədrisin keyfiyyətinin artırılması", "Ölkələrarası əməkdaşlıq 4-cü Sənaye İnqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış edəcəklər.
Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü Sənaye İnqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.