https://sputnik.az/20210924/Prezidentin-kmkisi-Cavad-Zrifin-mavinini-qbul-edib-428010201.html
Prezidentin köməkçisi Cavad Zərifin müavinini qəbul edib
Prezidentin köməkçisi Cavad Zərifin müavinini qəbul edib
Sputnik Azərbaycan
Hikmət Hacıyev deyib ki, iranlı nazir müavini ilə ölkələr arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiq ediblər. 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T22:45+0400
2021-09-24T22:45+0400
2021-09-25T00:04+0400
xəbərlər
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425166034_0:0:1001:563_1920x0_80_0_0_f492382db2dcbec2df79f0ee10499afa.jpg
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla görüşüb. Bu barədə Hacıyev özünün Twitter səhifəsində yazıb. "Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi", - Prezidentin köməkçisi bildirib. "Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə H.Hacıyev qeyd edib.Qeyd edək ki, İran Xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Məhəmməd Kazım Səccadpur araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün sebtyabrın 21-də Bakıya üçgünlük səfər edib.Sentyabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda “Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfrans keçirilib.Konfransda Məhəmməd Kazım Səccadpurun və Türkiyədən İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.Məhəmməd Kazım Səccadpur konfransdakı çıxışı zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və bildirib ki, nəticədə yaranmış yeni reallıq tək milli deyil, həm də regional məsələdir.İran nümayəndəsinin sözlərinə görə, ölkəsinin Azərbaycan və Türkiyə ilə ayrılıqda yaxşı ikitərəfli əlaqələri mövcuddur.M.K.Səccadpur əlavə edib ki, hazırda əsas məqsəd ikitərəfli əlaqələri səmərəli şəkildə üçtərəfliyə çevirməyin yollarını tədqiq etməkdir. İran nümayəndəsi ölkələr arasındakı münasibətlərdə yeni imkanların araşdırılması baxımından beyin mərkəzlərinin rolunu da xüsusi vurğulayıb.Həmçinin oxuyun:* İranın xarici işlər nazirinin müavini Bakıya gəlir – Üçgünlük səfər* "Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri" adlı konfrans keçirilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425166034_30:0:919:667_1920x0_80_0_0_147defa0a26f9372aaf3cf2acd786b38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Prezidentin köməkçisi Cavad Zərifin müavinini qəbul edib
22:45 24.09.2021 (Yenilənib: 00:04 25.09.2021) Hikmət Hacıyev deyib ki, iranlı nazir müavini ilə ölkələr arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiq ediblər.
BAKI, 24 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla görüşüb.
Bu barədə Hacıyev özünün Twitter səhifəsində yazıb.
"Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi", - Prezidentin köməkçisi bildirib.
"Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə H.Hacıyev qeyd edib.
Qeyd edək ki, İran Xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Məhəmməd Kazım Səccadpur araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün sebtyabrın 21-də Bakıya üçgünlük səfər edib.
Sentyabrın 22-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda “Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri” adlı konfrans keçirilib.
Konfransda Məhəmməd Kazım Səccadpurun və Türkiyədən İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Məhəmməd Kazım Səccadpur konfransdakı çıxışı zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və bildirib ki, nəticədə yaranmış yeni reallıq tək milli deyil, həm də regional məsələdir.
İran nümayəndəsinin sözlərinə görə, ölkəsinin Azərbaycan və Türkiyə ilə ayrılıqda yaxşı ikitərəfli əlaqələri mövcuddur.
M.K.Səccadpur əlavə edib ki, hazırda əsas məqsəd ikitərəfli əlaqələri səmərəli şəkildə üçtərəfliyə çevirməyin yollarını tədqiq etməkdir. İran nümayəndəsi ölkələr arasındakı münasibətlərdə yeni imkanların araşdırılması baxımından beyin mərkəzlərinin rolunu da xüsusi vurğulayıb.