Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.
BAKI, 24 oktyabr - Sputnik. 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda olan qadağa ləğv olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. 
Məlumatda qeyd olunur ki, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.
Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda koronavirus pandemiyası dövründə qəbul olunmuş bəzi qadağalar aradan qaldırılıb. Operativ Qərargahın qərarına əsasən, idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklərin fəaliyyətinə icazə verilib. Həmin gündən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər. İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi yoxdur.
İyunun 10-dan dini ibadət yerlərində 50 nəfərdən çox olmamaqla dini ibadətlərə də icazə verilib. Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir.
Həmin gündən iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb. Amma Mall-ların nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə qoyulan qadağa qüvvədə saxlanılıb.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.
Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.
Həmçinin oxuyun:
Avtobuslar niyə həftəsonu virus yayır? Məntiqi izahı olmayan qərara tutarlı etirazlar
Oktyabrın 1-dən Azərbaycanda xüsusi karantin rejimi yumşaldılacaq
Xəbər lenti
0