Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Avtomobil bazarındakı qiymət artımı benzinin bahalaşması ilə əlaqədar deyil”

© Photo : ARBAvtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov
Avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, benzinin bahalaşması qənaətcilliyi ilə seçilən hibrid avtomobillərə də tələb artımına səbəb olur
Eldəniz Cəfərov: “Hal-hazırda bazarda 2-5 faizlik artım müşahidə olunur”
Azərbaycan benzin qiymətlərindəki artım diqqətləri avtomobil bazarına yönəldib.
Görəsən qiymət artımı insanların avtomobil seçiminə təsir edəcəkmi?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a bildirib ki, maşın bazarında qiymət artımı ötən aylardan proqnozlaşdırılırdı: “Benzin qiymətlərində artım dizel yanacağı ilə çalışan avtomobillərə tələbi artırır. Eyni zamanda qənaətcilliyi ilə seçilən hibrid avtomobillərə də tələb artımına səbəb olur. Lakin tələbin artması o demək deyil ki, bu növ avtomobillərin qiymətləri kəskin  bahalaşacaq. Hal-hazırda bazarda 2-5 faizlik artım müşahidə olunur. Lakin biz bunu benzinin bahalaşması ilə əlaqələndirməməliyik. Bu avtomobil istehsalçılarının istehsal həcmini azaltması ilə əlaqədardır”.
Eldəniz Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0