CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sabah dezinfeksiya olunacaq

© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Дезинфекционные работы на улицах Баку - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Sentyabrın 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri ilə əlaqədar xəbərdarlıq edilir.
BAKI, 24 sentyabr — Sputnik. Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaşlarıın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir:
"Bu tədbirlər çərçivəsində sentyabrın 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Həmçinin oxuyun:
Məktəblərin dezinfeksiyasına başlanılacaq-
Xəbər lenti
0