SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş prokuror Kamran Əliyev erməni həmkarı ilə görüşü haqda

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAzərbaycanın Baş Prokuror Kamran Əliyev, arxiv şəkli
Azərbaycanın Baş Prokuror Kamran Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Abunə olmaq
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, iclasda bir sıra zəruri məsələlər müzakirə olundu.
Kamran Əliyev: “Fəaliyyətimizi davam etdirməyi qərara aldıq”
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev görüş barədə fikirlərini AZƏRTAC-a açıqlayıb.
Baş prokuror bildirib ki, bu, üçtərəfli formatda keçirilmiş ikinci görüş idi: “Birinci görüş bu il yanvarın 12-də Moskvada baş tutmuşdu. Nur-Sultanda təşkil olunan görüşdə əsas məqsəd Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının prokurorluq orqanlarına aid müvafiq bəndlərinin icrası ilə bağlı idi. İclasda bir sıra zəruri məsələlər müzakirə olundu və bu istiqamətdə Rusiya Baş Prokurorluğunun vasitəçiliyi ilə fəaliyyətimizi davam etdirməyi qərara aldıq. Hesab edirəm ki, bu sahədə də bizim fəaliyyətimiz müsbət nəticələr verəcək”.
Kamran Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0