https://sputnik.az/20210924/Azrbaycann-MDB-d-25-illik-tarixi-msbt-v-mnfilr-428006515.html
Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət və mənfilər
Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət və mənfilər
Sputnik Azərbaycan
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin üzvü olub. Bunun ölkəyə hansı müsbət təsiri olub və bu əməkdaşlıq formatının... 24.09.2021, Sputnik Azərbaycan
2021-09-24T15:49+0400
2021-09-24T15:49+0400
2021-11-17T00:05+0400
xəbərlər
cəmiyyət
siyasət
iqtisadiyyat
mdb
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40999/08/409990869_0:0:2000:1125_1920x0_80_0_0_349b28721a90f69d9c1c4b3094eed7ed.jpg
BAKI, 24 sentyabr — Sputnik. MDB yarandığı gündən etibarən təkcə siyasi deyil, həm də Sovet İttifaqının dağılmasından sonra ayrılan ölkələr arasında iqtisadi əlaqələrin qurulması üçün bir platforma kimi fəaliyyət göstərir.Azərbaycanın MDB-də praqmatik mövqeyiAzərbaycanlı ekspert Tofiq Abbasov bildirib ki, bu cür format keçmiş İttifaq subyektləri arasında bir sıra mübahisəli məsələlərin həllinə kömək edib. O, Azərbaycanın MDB-dəki mövqeyini rasional olaraq qiymətləndirib."1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox problemlər aradan qaldırılıb. Azərbaycan MDB nizamnaməsini imzaladı və sonra hamı başa düşdü ki, ona üzv olmaq sosial-iqtisadi və digər məsələlərin həllinin etibarlı zəmanətidir, çünki vahid sistem olduğundan hər kəsin təşkilat daxilində müəyyən üstünlüklərə dair öz fikirləri var idi", - deyə mütəxəssis bildirib.Onun sözlərinə görə, MDB siyasi deyil, geoiqtisadi formatdır ki, bu da keçmiş Sovet İttifaqı çərçivəsində iqtisadi prosesləri tənzimləyir və bütün iştirakçılara keçmiş İttifaqın faydalarından istifadə etmək hüququnu verir.Mütəxəssis hesab edir ki, Azərbaycanın MDB-yə qoşulması doğru addım, respublikanın fəaliyyəti isə konstruktiv idi."Ayrılma prosesi baş verdikdə tərəflərin özlərinə mümkün qədər çox saxlaması üçün səbəbləri və ya iddiaları olur. SSRİ bərabər respublikalar üçün bərabər imkanlara malik olan bir ölkə idi, buna görə də İttifaqın dağılması mexanizmin işə salınmasına səbəb oldu: gələcəyə nəyin, kimin və kim ilə daxil olduğuna və ən əsası – nəyin kimə aid olduğuna qərar vermək lazım idi", - Abbasov vurğulayıb.Onun sözlərinə görə, Azərbaycanın MDB-yə qoşulması bir çox təsərrüfat məsələlərinin, iqtisadi problemlərin həllini tapmağa, sovet dövrünün yeni subyektləri ilə əlaqələrin qurulmasına kömək edib.Mütəxəssis hesab edir ki, Azərbaycan MDB ölkələri arasında malların daşınması üçün hab kimi müsbət rol oynaya bilər."Azərbaycan, həm quruda, həm də dənizdə böyük infrastruktur imkanlarına malik olan, Mərkəzi Asiya üçün çox əhəmiyyətli bir kommunikasiya dəhlizidir. Üstəlik, Azərbaycan İran və Şimali Qafqazı birləşdirə bilər", - deyə mütəxəssis bildirib.MDB Avrasiya İqtisadi Birliyinə tramplin kimidirRusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov isə MDB formatını köhnəlmiş hesab edir. Onun fikrincə, bu platformadan Azərbaycan Rusiya ilə bir sıra məsələlərdə - əlaqələrin, ticarətin inkişafı, miqrasiya məsələlərinin həllində istifadə edir, ancaq eyni zamanda o, Bakıya Avrasiya İqtisadi Birliyinə sıx inteqrasiyadan qaçınmağa imkan verib. Onun fikrincə, gələcək məhz bu yeni formatla bağlıdır.Postsovet məkanı ölkələri Rusiya da daxil olmaqla bir-biri ilə geniş qarşılıqlı təcrübə əldə ediblər. MDB - üzvlərinin iqtisadi qarşılıqlı əməkdaşlığı öz xeyrinə dərinləşdirdiyi və genişləndirdiyi Avrasiya İqtisadi Birliyi üçün bir növ tramplinə çevrilib."Düşünürəm ki, Azərbaycan gec-tez Avrasiya inteqrasiyasında daha fəal iştirak məsələsini nəzərdən keçirəcək. İqtisadi ehtiyac Rusiya ilə münasibətlərdə daha səmərəli, daha ardıcıl fəaliyyət qurmaqdan və bu əlaqələri dərinləşdirməkdən ibarətdir. Rusiya çox sayda Avrasiya ölkəsində prosesləri dərhal irəlilədə biləcək əhəmiyyətli bazara malikdir. Ancaq bunu yalnız Moskva özü istəyərsə və Bakı Rusiya ilə MDB-nin köhnəlmiş formatına heç cür sığışmayan münasibətlərdə iştirak edərsə. Bu tamamilə fərqlidir", - deyə politoloq izah edib.Eləcə də oxuyun:Azərbaycan, Rusiya və Ermənistanın Baş prokurorları arasında üçtərəfli görüş keçirilibMilli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40999/08/409990869_293:0:2000:1280_1920x0_80_0_0_2ed26af42e7ae37582daddbcda8b6c32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər, mdb, azərbaycan
xəbərlər, mdb, azərbaycan
Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət və mənfilər
15:49 24.09.2021 (Yenilənib: 00:05 17.11.2021) Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin üzvü olub. Bunun ölkəyə hansı müsbət təsiri olub və bu əməkdaşlıq formatının gələcəyi varmı - mütəxəssislərin dilindən.
BAKI, 24 sentyabr — Sputnik. MDB yarandığı gündən etibarən təkcə siyasi deyil, həm də Sovet İttifaqının dağılmasından sonra ayrılan ölkələr arasında iqtisadi əlaqələrin qurulması üçün bir platforma kimi fəaliyyət göstərir.
Azərbaycanın MDB-də praqmatik mövqeyi
Azərbaycanlı ekspert Tofiq Abbasov bildirib ki, bu cür format keçmiş İttifaq subyektləri arasında bir sıra mübahisəli məsələlərin həllinə kömək edib. O, Azərbaycanın MDB-dəki mövqeyini rasional olaraq qiymətləndirib.
"1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox problemlər aradan qaldırılıb. Azərbaycan MDB nizamnaməsini imzaladı və sonra hamı başa düşdü ki, ona üzv olmaq sosial-iqtisadi və digər məsələlərin həllinin etibarlı zəmanətidir, çünki vahid sistem olduğundan hər kəsin təşkilat daxilində müəyyən üstünlüklərə dair öz fikirləri var idi", - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, MDB siyasi deyil, geoiqtisadi formatdır ki, bu da keçmiş Sovet İttifaqı çərçivəsində iqtisadi prosesləri tənzimləyir və bütün iştirakçılara keçmiş İttifaqın faydalarından istifadə etmək hüququnu verir.
Mütəxəssis hesab edir ki, Azərbaycanın MDB-yə qoşulması doğru addım, respublikanın fəaliyyəti isə konstruktiv idi.
"Ayrılma prosesi baş verdikdə tərəflərin özlərinə mümkün qədər çox saxlaması üçün səbəbləri və ya iddiaları olur. SSRİ bərabər respublikalar üçün bərabər imkanlara malik olan bir ölkə idi, buna görə də İttifaqın dağılması mexanizmin işə salınmasına səbəb oldu: gələcəyə nəyin, kimin və kim ilə daxil olduğuna və ən əsası – nəyin kimə aid olduğuna qərar vermək lazım idi", - Abbasov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın MDB-yə qoşulması bir çox təsərrüfat məsələlərinin, iqtisadi problemlərin həllini tapmağa, sovet dövrünün yeni subyektləri ilə əlaqələrin qurulmasına kömək edib.
Mütəxəssis hesab edir ki, Azərbaycan MDB ölkələri arasında malların daşınması üçün hab kimi müsbət rol oynaya bilər.
"Azərbaycan, həm quruda, həm də dənizdə böyük infrastruktur imkanlarına malik olan, Mərkəzi Asiya üçün çox əhəmiyyətli bir kommunikasiya dəhlizidir. Üstəlik, Azərbaycan İran və Şimali Qafqazı birləşdirə bilər", - deyə mütəxəssis bildirib.
MDB Avrasiya İqtisadi Birliyinə tramplin kimidir
Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov isə MDB formatını köhnəlmiş hesab edir. Onun fikrincə, bu platformadan Azərbaycan Rusiya ilə bir sıra məsələlərdə - əlaqələrin, ticarətin inkişafı, miqrasiya məsələlərinin həllində istifadə edir, ancaq eyni zamanda o, Bakıya Avrasiya İqtisadi Birliyinə sıx inteqrasiyadan qaçınmağa imkan verib. Onun fikrincə, gələcək məhz bu yeni formatla bağlıdır.
Postsovet məkanı ölkələri Rusiya da daxil olmaqla bir-biri ilə geniş qarşılıqlı təcrübə əldə ediblər. MDB - üzvlərinin iqtisadi qarşılıqlı əməkdaşlığı öz xeyrinə dərinləşdirdiyi və genişləndirdiyi Avrasiya İqtisadi Birliyi üçün bir növ tramplinə çevrilib.
"Düşünürəm ki, Azərbaycan gec-tez Avrasiya inteqrasiyasında daha fəal iştirak məsələsini nəzərdən keçirəcək. İqtisadi ehtiyac Rusiya ilə münasibətlərdə daha səmərəli, daha ardıcıl fəaliyyət qurmaqdan və bu əlaqələri dərinləşdirməkdən ibarətdir. Rusiya çox sayda Avrasiya ölkəsində prosesləri dərhal irəlilədə biləcək əhəmiyyətli bazara malikdir. Ancaq bunu yalnız Moskva özü istəyərsə və Bakı Rusiya ilə MDB-nin köhnəlmiş formatına heç cür sığışmayan münasibətlərdə iştirak edərsə. Bu tamamilə fərqlidir", - deyə politoloq izah edib.
Azərbaycan, Rusiya və Ermənistanın
Baş prokurorları arasında üçtərəfli görüş keçirilib
Milli Məclisin deputatları
Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər